Hər yerdə ödənişlərdən pulsuz yanacaq və kəşbək qazandıran yeni ödəniş kartı - XalqKart
(®) Ölkənin aparıcı banklarından olan Xalq Bank özündə bir çox imkanları birləşdirən yeni XalqKart Petrol və XalqKart Cashback kartlarını təqdim edir!
Artıq sərbəst vəsaitləri karta yerləşdirərək xərcləmək daha sərfəli olacaq! XalqKart Petrol sahibləri həm ölkə daxilində, həm də xaricdə ticarət və xidmət obyektlərində nağdsız ödənişlər həyata keçirməklə hər əməliyyata görə Oil bonusları qazanacaq və həmin bonusları pulsuz yanacağa çevirə biləcəklər.
Avtomobil sahibləri üçün əvəzsiz şərtlərlə və “Hər yerdə ödəniş et, PETROL qazan!” şüarı ilə təqdim edilən bu kart bütün nağdsız ödənişlərdən 3%, Bankın tərəfdaş şəbəkəsində ödəniş edərkən 40%-dək Oil bonus qazandırır. Toplanmış Oil-lər ölkənin ən geniş Azpetrol YDM şəbəkəsində 1 Oil = 1 AZN dəyərində yanacağa dəyişdirilir. Beləliklə, müştərilər gündəlik alış-veriş etməklə həm də yanacaq sərfiyyatında qənaət etmiş olacaqlar.
XalqKart Cashback - xərclədikcə rahat şərtlərlə kəşbək qazandıran ödəniş kartıdır. 4 valyutada olmaqla (AZN/USD/EUR/GBP) 3 il müddətinə təqdim edilən bu kartla aparılan gündəlik alış-verişlər və nağdsız ödənişlər 2 %, tərəfdaş şəbəkəsində edilən ödənişlər isə 40 %-dək kəşbək qazandırır.
Milli valyutada olan XalqKart Petrol və XalqKart Cashback kartları müştərilərə kart hesabındakı qalığına hər ay əlavə illik 2 % gəlir də qazandırır. Həmçinin XalqKart-da hesabda olan vəsaitləri Xalq Bankın bankomatlarında komissiyasız nağdlaşdırma və balansın komissiyasız artırılması imkanları mövcuddur.
Hər zövqə uyğun 4 nəfis dizayn və rəngdə təklif edilən XalqKartı əldə etmək çox rahatdır: bunun üçün kartı onlayn sifariş etmək, yaxud Bankın geniş filial şəbəkəsinə müraciət etmək kifayətdir. XalqKart haqqında ətraflı məlumatı buradan əldə edə bilərsiniz:
https://www.xalqbank.az/az/for-life/services/cards/xalqkart-petrol/
https://www.xalqbank.az/az/for-life/services/cards/xalqkart-cashback/
Bank məhsulları, eləcə də yenikləri haqqında ətraflı məlumatı Xalq Bankın rəsmi Facebook və Instagram səhifələrindən, eləcə də www.xalqbank.az saytından və 138 Məlumat mərkəzindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 6 saat sonra
- 2 saat əvvəl
-
3 saat əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 4 saat əvvəl
-
5 saat əvvəl
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Dünya Bankından Azərbaycana yeni kredit – bu magistral yol yenidən qurulacaq
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Ən çox oxunanlar
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ağdam Sənaye Parkında yeni şirkət - 14,2 milyon manatlıq layihə
Maliyyə nazirinin 1-ci müavini ABB-nin rəhbərliyinə gətirilib


























