Azərbaycanın ən böyük bankı maliyyə vəziyyətini açıqladı
Aktivlərinin həcminə görə Azərbaycanın ən böyük bankı olan “ABB” ASC 2022-ci ilin 1-ci yarısını 118 milyon 417 min manat xalis mənfəətlə başa vurub. Bank 2021-ci ilin eyni dövrünü 148 milyon 150 min manat xalis mənfəətlə bağlamışdı. Ötən ilin müvafiq dövründə törəmə təşkilatdan əldə edilmiş birdəfəlik 40 milyon manat dividend məbləği nəzərə alınmadıqda isə Bankın xalis mənfəətində 10 milyon 268 min manat artım var. Bununla yanaşı, müqayisə edilən dövr ərzində Bankda mümkün zərərlər üçün yaradılmış məqsədli ehtiyatlara ayırmalar da 34 milyon manat artıb.
FAİZ GƏLİRLƏRİ ARTIB
Cari ilin ilk yarısında “ABB” ASC daha da böyüyüb, faiz gəlirləri artıb, eyni zamanda, faiz xərcləri azalıb. Marja.az xəbər verir ki, “ABB” ASC-nin faiz gəlirləri 2022-ci ilin ilk 6 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 38 milyon 427 min manat və ya 17,8% artaraq 253 milyon 856 min manat təşkil edib. Müqayisə olunan dövrdə Bankın qeyri-faiz gəlirləri isə ötən ilin müvafiq dövründə törəmə müəssisədən əldə edilmiş birdəfəlik dividend istisna olunarsa, 22 milyon 310 min manat artaraq 81 milyon 640 min manat təşkil edib.
ƏMƏLİYYAT MƏNFƏƏTİ ARTIB
2022-ci ilin yanvar-iyun dövründə “ABB” ASC-nin cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 335 milyon 496 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 160 milyon 491 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 175 milyon 5 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 35 milyon 372 min manat ayırıb və 21 milyon 216 min manat mənfəət vergisi hesablanıb.
AKTİVLƏRİ 12 MİLYARD MANATI AŞIB
2022-ci ilin 1-ci yarısında “ABB” ASC-nin cəmi aktivləri 12 milyard manat səviyyəsini də keçib. Ötən ilin sonu ilə müqayisədə Bankın cəmi aktivləri 599 milyon 97 min manat və ya 5,2% artaraq 30 iyun 2022-ci il tarixində 12 milyard 82 milyon 954 min manat təşkil edib.
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR DƏ ARTIB
“ABB” ASC-nin kredit portfeli (müştərilərə verilmiş kreditlər) ötən bir il ərzində 740 milyon manat və ya 27% (ötən 6 ayda isə 341 milyon 393 min manat və ya 11%) artaraq 3 milyard 440 milyon 840 min manata, o cümlədən biznes kreditləri 414 milyon 212 min artaraq 1 milyard 772 milyon manata yüksəlib. Cari ilin birinci yarısında ABB 760 milyon manat biznes krediti verib, o cümlədən təkcə ilin ikinci rübündə 460 milyon manat biznes krediti ayırıb.
Eyni zamanda, cari ilin ötən dövrü ərzində qiymətli kağızlara investisiyalar 42 milyon 45 min manat və ya 3,1% artaraq 1 milyard 405 milyon 561 min manata çatıb.
DEPOZİT PORTFELİNDƏ BÖYÜK ARTIM
“ABB” ASC-nin depozit portfeli ötən ilin sonu ilə müqayisədə 858 milyon 817 min manat və ya 10,4% artaraq 9 milyard 120 milyon 483 min manata, o cümlədən fiziki şəxslərin əmanətləri 406 milyon 528 min manat artaraq 1 milyard 689 milyon 503 min manata, hüquqi şəxslərin depozitləri 452 milyon 289 min manat artaraq 7 milyard 430 milyon 980 min manata çatıb.
BANK SƏHMDARLARINA 125 MİLYON MANAT DİVİDEND ÖDƏYİB
Onu da qeyd edək ki, “ABB” ASC-nin Səhmdarlarının Ümumi Yığıncağının 30.06.2022-ci il tarixli qərarına əsasən, Bankın 2021-ci ildə əldə etdiyi mənfəətdən 125 milyon manat məbləğində vəsaitin ABB səhmdarlarına dividend şəklində ödənilməsi həyata keçirilib. Dividendlərin 120,8 milyon manatı dövlət büdcəsinə ödənilib.
BANKI-IN QISA AÇIQ VALYUTA MÖVQEYİ PROBLEMİ DƏ TAM HƏLL OLUNUB
Bankın restrukturizasiya prosesi nəticəsində yaranmış və uzun müddət davam edən qısa açıq valyuta mövqeyi problemi (235 milyon ABŞ dolları) də Mərkəzi Bankdan alınmış xarici valyuta vəsaitləri hesabına tam aradan qaldırılıb. Bununla da Bank Mərkəzi Bankın bütün prudensial normativlərinə riayət edib.
30 iyun 2022-ci il tarixində “ABB” ASC 1 milyard 340 milyon 978 min manat məcmu kapitala malik olub. Bankın 1-ci dərəcəli kapitalının adekvatlıq əmsalı 18,28%, məcmu kapitalının adekvatlıq əmsalı 19,27% təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
4 gün sonra
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
-
29 d. əvvəl
Yeni iPhone-ların təqdimatından sonra Apple səhmləri necə reaksiya verdi?
-
- 1 saat əvvəl
-
2 saat əvvəl
Apple tarixində ilk qatlanan iPhone-u təqdim etdi — iPhone Duo
-
3 saat əvvəl
Apple yeni iPhone-ların qiymətlərini açıqladı — 100 dollar bahalaşıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
"Süni intellekt hamımızın ölümünə səbəb ola bilər" - Süni intellekt şirkətinin əməkdaşı istefa verdi
-
6 saat əvvəl
Tikinti gözləmədən mənzil al - hazır evlər: gör, seç və köç ®
-
6 saat əvvəl
Çinin elektromobil istehsalçıları avtomobil bazarı zəiflədikcə humanoid robotlara yönəlir
-
7 saat əvvəl
Utilizasiyada “Lada” liderdir — Hər iki avtomobildən biri bu markadır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Apple yeni iPhone-ların qiymətlərini açıqladı — 100 dollar bahalaşıb
"Neftin qiymətinin 200 dollara yüksəlməsi mümkündür"
"Süni intellekt hamımızın ölümünə səbəb ola bilər" - Süni intellekt şirkətinin əməkdaşı istefa verdi
Ən çox oxunanlar
Tikinti gözləmədən mənzil al - hazır evlər: gör, seç və köç ®
Çinin elektromobil istehsalçıları avtomobil bazarı zəiflədikcə humanoid robotlara yönəlir
Bank of America 2026 və 2027-ci illər üzrə qlobal iqtisadi artım proqnozlarını yenilədyib
Dünya Bankı Qrupuna Azərbaycan üzrə vahid rəhbər təyin edilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəəy olunub
ABB-dən futbol azarkeşləri üçün qazandıran kampaniya ®
Çindən Azərbaycana və Avropaya daha çox yük daşınacaq – Orta Dəhliz üzrə yeni planlar























