“Expressbank” yeni “VISA Infinite” kartlarını təqdim edir
(®) Hər bir kəsin səyahət edərkən müəyyən xərcləri yaranır və bunu maksimum qədər az məsrəflə gerçəkləşdirmək hamının əsas istəklərindəndir. Səyahətinizi sərfəli şəkildə həyata keçirmək üçün “Expressbank”ın yeni “VISA Infinite” plastik kartları bir sıra imkanlar yaradır. Bu plastik kartları ilə daha rahat, vaxt itirmədən, operativ şəkildə və minimum xərclərlə səyahət etməyiniz artıq mümkündür. “VISA Infinite” kartını əldə etdikdə 3 nəfər yaxınınıza da pulsuz “VISA Platinum” kartları hədiyyə edib, aşağıdakı üstünlüklərindən birlikdə yararlana bilərsiniz. Həmçinin bu kartlar ölkədaxili və ölkəxarici POS terminallar vasitəsilə sizə 3 % “cashback”də qazandıracaqdır.
“Expressbank”ın yeni “VISA Infinite” plastik kartları ilə səyahət etmədən öncə COVID-19 testindən pulsuz keçmək imkanından istifadə edə bilərsiniz. Vaxtında, rahat və təhlükəsiz şəkildə Heydər Əliyev Beynəlxalq Aeroportuna (GYD) gediş/gəliş zamanı Bakı və Abşeron yarımadası hüdudlarında pulsuz transfer xidmətindən istifadə edə bilərsiniz. Sözsüz ki, səyahət zamanı ən mütləq amillərdən biri də sığortalanmaqdır. “VISA Infinite” kartlarının təqdim etdiyi üstünlüklərdən biri də Səyahət Sığortasının olmasıdır. Səyahəti sığortası ilə güvənli və rahat şəkildə dünyanı gəzə bilərsiniz.
“Fastline” xidməti ilə sürətləndirilmiş reys qeydiyyatı , sürətli baqaj təhvili, aviasiya təhlükəsizliyinin keçilməsi, gediş və gəliş zamanı pasport yoxlamasından növbədən kənar keçmə kimi prosesləri vaxtında və operativ həyata keçirib, uçuşa gecikməmək və hava limanında qeydiyyat məsələlərini vaxt itirmədən pulsuz həyata keçirə bilərsiniz. “Expressbank”ın yeni “VISA Infinite” kartları ilə digər bir səyahət üstünlüyü isə uçuş zamanı hava limanlarında “Lounge Key” xidməti vasitəsilə biznes-zallarda olan rahat gözləmə yerlərində uçuş saatını gözləyə, premium xidmətlərdən istifadə edə bilərsiniz.
Həmçinin 24/7 “Konsyerj” xidmətindən istifadə ilə bütün müəssisələrin ünvanları, telefonları, mağazalar, xəstəxanalar, tədbirlər, festivallar, sərgilər, idman tədbirləri barədə xəbərlər, təyyarə, qatar və avtobusların hərəkət cədvəli və s. haqqında gündəlik məsələləri sürətli və zəhmətsiz həll edib, xidmətlərdən yararlanmaq imkanına sahibdirlər.
“Expressbank”ın “VISA Infinite” kart sahiblərinə geniş istifadə imkanları yaradır. Kartı əldə etdikdən sonra müştərilər onun çox böyük üstünlüklərindən istifadə edə və kartın geniş xidmət funskiyasına uyğun bir çox xidmətini ən yüksək keyfiyyətdə almaq imkanı qazana bilərlər. Premium və keyfiyyətli xidmətlərdən rahatlıqla yararlanmaq istəyən şəxslər “Expressbank”ın “VISA Infinite” kartını əldə edib aşağıdakı digər üstünlükləri əldə edəcəklər:
· Tərəfdaşlarla alış-veriş zamanı 30%-dək cashback;
· 6% debet qalığına illik gəlir;
· eManat və Expresspay terminallarından mədaxil imkanı;
· Bank seyfindən istifadəyə görə xidmət haqqına 30% endirim;
· Alıcının qorunması – “VISA Infinite” kartı ilə alınan əşyaların sığortalanması;
Siz də “Expressbank”ın yeni “VISA Infinite” plastik kartlarının yuxarıda sadalanan bütün imkanlarıdan yararlanmaq üçün istənilən “Expressbank” filialına yaxınlaşaraq sifariş əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 6 saat sonra
- 2 saat əvvəl
-
3 saat əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 4 saat əvvəl
-
5 saat əvvəl
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Dünya Bankından Azərbaycana yeni kredit – bu magistral yol yenidən qurulacaq
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Ən çox oxunanlar
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ağdam Sənaye Parkında yeni şirkət - 14,2 milyon manatlıq layihə
Maliyyə nazirinin 1-ci müavini ABB-nin rəhbərliyinə gətirilib

























