Azərbaycanda yük avtomobillərin istehsalı zavodunun təməli qoyuldu
Sumqayıt Kimya Sənaye Parkının rezidentlərindən biri də “Az-Tex-Import” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Sənaye Parkının 4 hektar ərazisində yaradılan MMC İtaliyanın qabaqcıl texnologiyalarının tətbiqi ilə “IVECO” markalı yüngül, orta və ağır tonnajlı yük və xüsusi təyinatlı avtomobillər istehsal edəcək. İnvestisiya dəyəri 19,2 milyon manat olan müəssisədə 90 nəfər daimi işlə təmin olunacaq. İl ərzində 100 ədəd avtomobilin istehsal olunacağı müəssisənin məhsulları daxili bazarda satılmaqla yanaşı, Rusiya, Gürcüstan, Türkmənistan və İrana ixrac ediləcək.
“Az-Tex-Import” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi Samir İbadullayev layihə barədə Prezident İlham Əliyevə məlumat verib.
Qeyd edilib ki, hazırda ölkəmizdəki sənaye zonalarında avtomobil istehsalı sahəsində bir sıra müəssisələr mövcuddur. Belə ki, Hacıqabul Sənaye Məhəlləsində illik istehsal gücü 1500 ədəd “QAZ” və “İSUZU” markalı yük maşını və avtobus, 5000 ədəd “Chevrolet” markalı minik avtomobili olan müəssisə, Neftçala Sənaye Məhəlləsində illik istehsal gücü 10 min ədəd “Khazar” və “Peugeot” markalı minik avtomobillərinin istehsalı zavodu fəaliyyət göstərir. Növbəti mərhələdə Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “İVECO Daily” yük avtomobillərin istehsalı layihəsi, o cümlədən kənd təsərrüfatı texnikaları və maşınlarının istehsalı üzrə İran-Azərbaycan birgə layihəsinin həyata keçirilməsi planlaşdırılır.
Bildirilib ki, sənaye zonalarında avtomobillər üçün texniki xidmət mərkəzlərinin yaradılması üzrə işlər də aparılır. Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında müxtəlif markalı nəqliyyat vasitələri və texnikalara texniki xidmət, həmçinin ehtiyat hissələrinin bərpası və istehsalı layihələrinin reallaşdırılması nəzərdə tutulur. Həmçinin sənaye zonalarında nəqliyyat vasitələrinin bir çox ehtiyat hissələrinin hazırlanması da həyata keçirilir ki, bu, yerli istehsalın genişlənməsinə əlavə imkanlar yaradır.
Prezident İlham Əliyev yük və xüsusi təyinatlı avtomobillərin istehsalı müəssisəsinin təməlini qoyub.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 3 saat əvvəl
- 6 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
9 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
9 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
9 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
9 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib


























