"AccessBank" biznes kreditləri portfelini 45 milyon manata yaxın artırıb
2021-ci ilin sonu ilə müqayisədə, 2022-ci ilin yanvar-iyun dövründə "AccessBank" QSC tərəfindən müştərilərə verilmiş kreditlər 80 milyon 15 min manat və ya 11,2% artaraq 30 iyun 2022-ci il tarixində 712 milyon 491 min manat təşkil edib.
Marja Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, ötən ilin sonu ilə müqayisədə, cari ilin ilk 6 ayı ərzində "AccessBank" tərəfindən müştərilərə verilmiş istehlak kreditləri 36 milyon 324 min manat artaraq 122 milyon 545 min manata, biznes kreditləri 44 milyon 667 min manat artaraq 584 milyon 36 min manata çatıb. Bankın ipoteka kreditləri portfeli isə 976 min manat azalaraq 5 milyon 910 min manata düşüb.
Xəbər verdiyimiz kimi, “AccessBank” QSC 2022-ci ilin birinci yarısını (yanvar-iyun dövrünü) 1 milyon 840 min manat xalis mənfəət ilə başa vurub. Bank 2020-ci ilin eyni dövrünü 2 milyon 24 min manat xalis zərər ilə bağlamışdı. Bankın xalis mənfəəti gəlirlərinin artmasından qaynaqlanır.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 7 saat sonra
- 2 saat əvvəl
-
3 saat əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 4 saat əvvəl
-
5 saat əvvəl
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Dünya Bankından Azərbaycana yeni kredit – bu magistral yol yenidən qurulacaq
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Ən çox oxunanlar
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ağdam Sənaye Parkında yeni şirkət - 14,2 milyon manatlıq layihə
Maliyyə nazirinin 1-ci müavini ABB-nin rəhbərliyinə gətirilib



























