“YAŞAT” Fonduna 74 milyon manat toplanıb, 63 milyon manatı xərclənib
Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) daxil olan vəsaitin məbləği açıqlanıb.
“Marja” xəbər verir ki, indiyədək fondda 74 147 333,6 manat toplanıb.
Həmin vəsaitdən 23 492 742,53 manatı fiziki şəxslər, 50 654 591,07 manatı isə hüquqi şəxslər tərəfindən ödənilib.
Fonda daxil olan vəsaitin 63 113 952,8 manatı xərclənib.
Vəsaitin hazırki qalığı isə 11 033 380,8 manatdır.
İndiyədək qazi və şəhid ailələrinin 6,5 milyon manatlıq borcları ödənilib
Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) toplanan vəsait hesabına indiyədək qazi və şəhid ailələrinin 6,5 milyon manatlıq borcları ödənilib.
Vəsaitlər ödənişlərin xərc istiqamətləri üzrə bölgüsü və ödənişlərin xərc istiqamətlərinin alt növləri üzrə bölgüsünə uyğun olaraq sərf edilib.
Belə ki, fonda toplanan vəsaitdən öhdəliyə götürülmüş şəxslərin məişət şəraitinin yaxşılaşdırılması üçün 37 568 200,00 manat xərclənib.
Tibbi xərclərin ödənilməsi üçün 18 738 906,08 manat, borc öhdəliklərinin qarşılanması üçün 6 594 437,06 manat, təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı üçün isə 814 884,39 manat sərf olunub.
Evin təmiri üçün 20 516 700,00, müalicə xərcinin qarşılanması üçün 17 243 935,21, bank borcları üçün 6 267 199,10, qeyri-bank borcları üçün 327 297,96, təhsil haqqının ödənilməsi üçün 559 598,78 manat və digər məsələlərlə bağlı müxtəlif məbləğlərdə vəsaitlər sərf olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
10 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
10 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 10 saat əvvəl
-
11 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti























