Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

“Bank Respublika”nın gəlirlərində və mənfəətində sıçrayış

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Bank Respublika”nın gəlirlərində və mənfəətində sıçrayış
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Bank Respublika” ASC 2022-ci ilin birinci yarısını (yanvar-iyun dövrünü) 12 milyon 511 min manat xalis mənfəət ilə başa vurub. Bank 2021-ci ilin eyni dövrünü 7 milyon 554 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, “Bank Respublika”nın xalis mənfəəti 2021-ci ilin birinci yarısı ilə müqayisədə 2022-ci ilin birinci yarısında 4 milyon 957 min manat və ya 65,6% artıb. Xalis mənfəətdəki artımın böyük hissəsi gəlirlərin artmasından qaynaqlanır.

Reklam_3_11

GƏLİRLƏRİ ARTIB

Marja.az xəbər verir ki, “Bank Respublika” ASC-nin faiz gəlirləri 2021-ci ilin ilk 6 ayı ilə müqayisədə 2022-ci ilin ilk 6 ayında 23 milyon 52 min manat və ya 58,6% artaraq 62 milyon 406  min manat, qeyri-faiz gəlirləri isə 7 milyon 250 min manat və ya 71% artaraq 17 milyon 453 min manat təşkil edib.  

2022-ci ilin yanvar-iyun dövründə “Bank Respublika” ASC-nin cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 79 milyon 859 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 65 milyon 336 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən Bankın əməliyyat mənfəəti 14 milyon 523 min manat təşkil edib. Eyni zamanda, mümkün zərərlər üçün yaradılan ehtiyatlardan 1 milyon 487 min manat  azad olub və mənfəət 16 milyon 11 min manata yüksəlib. Bank 3 milyon 500 min manat mənfəət vergisi ödədiyindən cari ilin ilk 6 ayını 12 milyon 511 min manat xalis mənfəət ilə başa vurub.

Müqayisə üçün qeyd edək ki, 2021-ci ilin yanvar-iyun dövründə “Bank Respublika” ASC-nin cəmi əməliyyat gəlirləri 49 milyon 557 min manat, cəmi əməliyyat xərcləri 45 milyon 381 min manat, əməliyyat mənfəəti 4 milyon 176 min manat, mümkün zərərlər üçün yaradılan ehtiyatlardan azad olmuş məbləğ 3 milyon 377 min manat, xalis mənfəəti 7 milyon 554 min manat təşkil etmişdi.

ƏMƏLİYYAT MƏNFƏƏTİ 3 DƏFƏDƏN ÇOX ARTIB

“Bank Respublika”nın cəmi əməliyyat gəlirlərinin 30 milyon 302 min manat artmasına qarşılıq cəmi əməliyyat xərcləri 19 milyon 955 min manat artıb. Nəticədə, Bankın əməliyyat mənfəətində 10 milyon 347 min manat və ya 3,5 dəfə (248%) artım baş verib.

BANK DAHA DA BÖYÜYÜB

2021-ci ilin sonu ilə müqayisədə “Bank Respublika” ASC-nin cəmi aktivləri 145 milyon 546 min manat və ya 11,8% aratraq 30 iyun 2022-ci il tarixində 1 milyard 377 milyon 914 min manata çatıb. O cümlədən, Bankın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 138 milyon 307 min manat və ya 19,2% artaraq 858 milyon 248 min manata yüksəlib. Bankın istehlak kreditləri porfeli 60 milyon 162 min manat artaraq 200 milyon 873 min manata, biznes kreditləri portfeli 72 milyon 364 min manat və ya 14% artaraq 589 milyon 312 min manata, ipoteka kreditləri portfeli isə 5 milyon 817 min manat və ya 9,4% artaraq 67 milyon 823 min manata çatıb.

2021-ci ilin sonu ilə müqayisədə “Bank Respublika”da sepozitlər 20 milyon 717 min manat və ya 2,6% artaraq 30 İyun 2022-ci il tarixində 822 milyon 283 min manat təşkil edib.

MƏCMU KAPİTALI ARTIB

30 İyun 2022-ci il tarixində “Bank Respublika” ASC 106 milyon 749 min manat məcmu kapitala malik olub. 31 Dekabr 2021-ci il tarixində Bank 104 milyon 484 min manat məcmu kapitala malik idi.

respublika bank gəlir mənfəət kredit
26.07.2022 08:08

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ