Azərbaycanda avtomobil krediti üzrə yeni şərtlər - ELEKTROMOBİL 10% İLKİN ÖDƏNİŞLƏ
Elektromobilin dəyərinin 90%-ni, hibrid avtomobilin dəyərinin isə 80%-ni kreditlə ödəmək mümkün oldu.Mərkəzi Bankın sədri Taleh Kazımov “Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair Qayda”nı təsdiq edib. Qaydalara görə, yeni elektrik mühərrikli avtomobil kreditlə alınan zaman ilkin ödəniş 10%, hibrid mühərrikli avtomobil alınan zaman isə 20% olacaq. Ənənəvi yanacaqlar ilə çalışan yeni avtomobill alınan zaman isə ilkin ödəniş 40% olaraq saxlanılır.
Marja.az xəbər verir ki, Qayda ilə bankın bir borcalanının avtomobil krediti üzrə kredit riskinin maksimum miqdarları müəyyən edilib. Avtomobil krediti ayrılan zaman kreditin təminata olan nisbəti (KTN əmsalı) tətbiq ediləcək. KTN əmsalı - kreditin ümumi məbləğinin (kredit müqaviləsi üzrə əsas borc və hesablanacaq faizlər) kredit üzrə təminatın bazar dəyərinə nisbəti əmsalıdır. Avtomobil kreditlərində KTN əmsalının hesablanmasında kredit üzrə yalnız əsas borc nəzərə alınır.
Qaydaya görə, bankın bir borcalanının avtomobil krediti üzrə kredit riskinin maksimum miqdarı (ayrılacaq kreditin nisbəti) aşağıdakılardan artıq olmamalıdır:
- qiymətindən asılı olmayaraq elektrik mühərrikli avtomobil nəqliyyatı vasitələri üzrə kreditin rəsmiləşdirilməsi anında istehsal tarixi 3 il və ya ondan az olduqda - KTN əmsalı (ayrılacaq kreditin nisbəti) 90%, 3 ildən çox olduqda isə – KTN əmsalı 60%;
- qiymətindən asılı olmayaraq hibrid mühərrikli avtomobil nəqliyyatı vasitələri üzrə kreditin rəsmiləşdirilməsi anında istehsal tarixi 1 il və ya ondan az olduqda – KTN əmsalı 80%, 1 ildən çox və 3 il və ya ondan az olduqda – KTN əmsalı 60%, 3 ildən çox olduqda isə – KTN əmsalı 50%;
- Digər (yuxarıdakı iki bəndə aid olmayan) avtomobil nəqliyyatı vasitələri üzrə kreditin rəsmiləşdirilməsi anında istehsal tarixi 1 il və ya ondan az olduqda – KTN əmsalı 60%, 1 ildən çox və 3 il və ya ondan az olduqda – KTN əmsalı 50%, 3 ildən çox olduqda isə – KTN əmsalı 40%.
Yeni Qayda qüvvəyə minənədək bankın bir borcalanının avtomobil krediti üzrə kredit riskinin maksimum miqdarı aşağıdakı kimi müəyyən olunmuşdu:
-kreditin rəsmiləşdirilməsi anında istehsal tarixi bir il və bir ildən az olan avtomobil nəqliyyatı vasitəsinin qiyməti 30 (otuz) min manatdan artıq olduqda KTN əmsalı 60%-dən çox olmamalıdır;
-kreditin rəsmiləşdirilməsi anında istehsal tarixi bir il və bir ildən az olan avtomobil nəqliyyatı vasitəsinin qiyməti 30 (otuz) min manat və ya ondan az olduqda KTN əmsalı 50%-dən çox olmamalıdır;
- avtomobil nəqliyyatı vasitəsinin qiymətindən asılı olmayaraq kreditin rəsmiləşdirilməsi anında istehsal tarixi bir ildən çox olan avtomobil nəqliyyatı vasitələri üzrə KTN əmsalı 20%-dən çox olmamalıdır.
Beləliklə, Qaydalar elektrik mühərrikli və hibrid mühərrikli avtomobillər üzrə də kreditin rəsmiləşdirilməsi şərtlərini müəyyən edir. Belə ki, elektrik mühərrikli avtomobilin yaşı 3 il və ya ondan az olduqda kreditlə alış zamanı ilkin ödəniş minimum 10%, 3 ildən çox olduqda isə ilkin ödəniş minimum 40% təşkil edəcəkdir. Hibrid mühərrikli avtomobillər üzrə minimal ilkin ödəniş nəqliyyat vasitəsinin yaşı 1 il və ya ondan az olduqda 20%, 1-3 il olduqda 40%, 3 ildən çox olduqda isə 50% olacaqdır.
Elektrikli və hibrid olmayan avtomobillər üzrə minimal ilkin ödəniş onun yaşı 1 il və ya ondan az olduqda 40%, 1-3 il olduqda 50%, 3 ildən çox olduqda isə 60% müəyyən olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
4 gün sonra
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
-
3 saat əvvəl
Yeni iPhone-ların təqdimatından sonra Apple səhmləri necə reaksiya verdi?
-
- 4 saat əvvəl
-
5 saat əvvəl
Apple tarixində ilk qatlanan iPhone-u təqdim etdi — iPhone Duo
-
6 saat əvvəl
Apple yeni iPhone-ların qiymətlərini açıqladı — 100 dollar bahalaşıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
"Süni intellekt hamımızın ölümünə səbəb ola bilər" - Süni intellekt şirkətinin əməkdaşı istefa verdi
-
9 saat əvvəl
Tikinti gözləmədən mənzil al - hazır evlər: gör, seç və köç ®
-
9 saat əvvəl
Çinin elektromobil istehsalçıları avtomobil bazarı zəiflədikcə humanoid robotlara yönəlir
-
10 saat əvvəl
Utilizasiyada “Lada” liderdir — Hər iki avtomobildən biri bu markadır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Apple yeni iPhone-ların qiymətlərini açıqladı — 100 dollar bahalaşıb
"Neftin qiymətinin 200 dollara yüksəlməsi mümkündür"
"Süni intellekt hamımızın ölümünə səbəb ola bilər" - Süni intellekt şirkətinin əməkdaşı istefa verdi
Ən çox oxunanlar
Tikinti gözləmədən mənzil al - hazır evlər: gör, seç və köç ®
Çinin elektromobil istehsalçıları avtomobil bazarı zəiflədikcə humanoid robotlara yönəlir
Bank of America 2026 və 2027-ci illər üzrə qlobal iqtisadi artım proqnozlarını yenilədyib
Dünya Bankı Qrupuna Azərbaycan üzrə vahid rəhbər təyin edilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəəy olunub
ABB-dən futbol azarkeşləri üçün qazandıran kampaniya ®
Çindən Azərbaycana və Avropaya daha çox yük daşınacaq – Orta Dəhliz üzrə yeni planlar

























