"2024-cü ildə yalnız bizim bağ bütün Azərbaycanın istehlak həcmini qarşılaya biləcək"
"2024-cü ildə isə yalnız bizim bağ bütün Azərbaycanın istehlak həcmini (badam üzrə -red) qarşılaya biləcək".
Marja xəbər verir ki, bunu “Azbadam” MMC-nin icraçı direktoru Anar Ağayev Prezident İlham Əliyev badam emalı zavodunun açılışında iştirak edərkən bildirib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Azbadam” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus badam emalı zavodunun açılışında iştirak ediblər.
İqtisadiyyat naziri Mikayıl Cabbarov və “Azbadam” MMC-nin icraçı direktoru Anar Ağayev dövlətimizin başçısına və birinci xanıma zavod barədə məlumat veriblər.
Qeyd edilib ki, layihənin həyata keçirilməsi iki mərhələdə planlaşdırılıb. Birinci mərhələ üzrə 2017-2019-cu illərdə Abşeron rayonunun Qala və Bilgəh qəsəbələrində Aralıq dənizi badam sortlarından olan Quara (160 hektar), Belona (95 hektar), Avijor (138 hektar) və Soleta (34 hektar) növlü ağaclardan ibarət badam bağları salınıb. Bağlara yatırılan ümumi investisiya məbləği 17 milyon manatdır.
İkinci mərhələdə yaradılan zavod ölkədə ilk badam emalı müəssisəsidir. İnşası 2021-ci ilin sentyabrında tamamlanan zavodun ümumi investisiya dəyəri 13,5 milyon manatdır. Bunun 10 milyon manatı Sahibkarlığın İnkişafı Fondu hesabına ayrılan güzəştli kredit, 3,5 milyon manatı isə təsisçi kapitalıdır.
Mikayıl Cabbarov: 2015-2019-cu illərdə ölkədə istehlak olunan təmizlənmiş badamın 90-95 faizi idxal edilirdisə, 2021-ci ilin nəticələrinə görə artıq biz ürəkaçan dinamikanı görə bilirik.
Anar Ağayev: İdxalı 50 faizə qədər azaltmışıq. 2024-cü ildə isə yalnız bizim bağ bütün Azərbaycanın istehlak həcmini qarşılaya biləcək. Digər bağlardan alacağımız badamları da emal edib ixrac edəcəyik.
Prezident İlham Əliyev: Çox yaxşı, öz bağlarınızın da sahəsini genişləndirin. Çünki badam yetişdirmək üçün Abşeron torpağı çox münbitdir. Burada boş sahələr çoxdur. Biz gələndə gördük ki, bütün yol boyunca sağ-sol zeytun bağlarıdır. Əvvəllər bu ərazi boş sahə idi, son vaxtlar əkilmişdir. Bu, böyük imkanlardır. Abşeron torpaqları zeytun, badam yetişdirmək üçün ən münbit torpaqlardır. Burada hələ boş torpaqlar var, onlardan mütləq istifadə etmək lazımdır. Çünki biz gələcəkdə badamı da fındıq kimi ixrac edəcəyik.
Dövlətimizin başçısı İlham Əliyev zavodu işə salıb.
Bildirilib ki, zavodda məhsulun ilkin emalı, sındırılması, qurudulması və çeşidlənməsi nəzərdə tutulur. Müəssisə İspaniyanın “Jose Borrell S.A.” brendinə məxsus avadanlıqla təchiz edilib. Zavodun illik emal gücü 2 min ton badam ləpəsidir.
Həmçinin oxu
Prezident badam emalı zavodunu işə saldı - FOTOLAROnu da deyək ki, “Azbadam” MMC investisiya təşviqi hesabına edilən güzəştlərdən yararlanaraq, indiyədək xərclərinə 1 milyon manat məbləğində qənaət edib. Badam ləpəsinin ölkədaxili illik istehlak həcmi 750-800 ton təşkil edir. 2015-2019-cu illərdə ölkədə istehlak edilən badam ləpəsinin 90-95 faizi idxal olunurdu. Bu məqsədlə ölkədən hər il 6 milyon ABŞ dolları məbləğində valyuta xaricə çıxırdı. Müəssisənin fəaliyyəti nəticəsində 2024-cü ildən etibarən daxili bazarın tələbatı “Azbadam” MMC-nin emal müəssisəsi hesabına nəinki tam şəkildə təmin olunacaq, məhsullar Avropa İttifaqı ölkələrinə, Türkiyəyə, MDB və Mərkəzi Asiya respublikalarına, Hindistana, Birləşm
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 1 gün sonra
-
- 11 d. əvvəl
-
1 saat əvvəl
Tullantılar necə biznesə çevrilir? “Tullantıların biznesi” kitabı NƏŞR OLUNDU
- 13 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı "İnvestra Kredit Ittifaqı"na lisenziya verib
-
13 saat əvvəl
AutoStar Kaukasus yeni S-Class modelini ilk dəfə Azərbaycanda təqdim etdi
-
14 saat əvvəl
Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb
- 14 saat əvvəl
-
15 saat əvvəl
"Fullamoda" Həzi Aslanovda 4000 kvadratmetrlik yeni, ailəvi konsept mağazasını açdı
- 16 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Rəsmi məzənnələr açıqlandı
Kürdəmirdə “Bazarstore” açılır
İyunda Azərbaycanda orta maaş cüzi azalıb
Ən çox oxunanlar
"Fullamoda" Həzi Aslanovda 4000 kvadratmetrlik yeni, ailəvi konsept mağazasını açdı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Bank VTB Azərbaycan"ın kapital strukturu cari maliyyə göstəricilərinə uyğunlaşdırılıb
Leobank Uşaq kartı istifadəçilərinin sayı 20 000-ə çatdı!
“Mərmər İnşaat” şirkətinin biznes həcmi əhəmiyyətli şəkildə kiçilib
"ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib"
Azərbaycanda şirkətlərin sayı 6 faizə yaxın artıb





















