Azərbaycanda "EXİM Bank" alətləri yaradılacaq
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ölkədə "EXİM Bank" alətlərinin yaradılması istiqamətində iş aparır.
Bunu açıqlamasında qurumun rəhbəri Yusif Abdullayev deyib.
"Bu, bizim ixracatçılarımızı, onların xarici bazara çıxardığı məhsul və xidmətləri yeni mərhələyə keçirəcək. Birinci mərhələdə sadəcə alətlərin yaradılması nəzərdə tutulur. Burda kreditləşmə və maliyyələşmənin tətbiqi, xarici ölkəyə satılan məhsulun qarşı tərəfdə sığortalanması, qarşı tərəfdən risklərin alınması kimi məsələlər öz əksini tapıb. Biz bunu alət olaraq tətbiq etmək istəyirik. Uğur olsa, biz hökumətə bunu "EXİM Bank"ın - yəni bütün dünyada tətbiq edilən ixrac və idxal əməliyyatları üzrə bankın yaradılmasını təklif edə bilərik. Hələ ki, bunun bank formasında olub-olmayacağını demək çox çətindir. Bu alətlər İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən quruma həvalə ediləcək. Onların tətbiqi bizim üçün çox önəmlidir. Biz bunun nəticəsini görəndən sonra növbəti addımlarımızı atacağıq. "Made in Azerbaijan" brendinin təşviqi ilə bağlı prezident fərmanında çox geniş mexanizmlər var, amma həmin mexanizmlərdə maliyyə alətləri dəstəyi yox idi. Bu olandan sonra bütün istiqamətlər üzrə ixracatçılarımıza təşviq alətlərimizi tətbiq edəcəyik. Proses təkcə bununla məhdudlaşmayacaq, hansısa yeni mexanizmlər olduqca biz onu ixracatçılarımıza tətbiq edəcəyik", - deyə o, qeyd edib.
"Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu 20 ilə yaxın fəaliyyət göstədikdən sonra dövlət başçısının 23 iyul 2021-ci il tarixli qərarı ilə agentliyə çevrilib. Bu çox önəmli məsələdir, prezidentin ixracın və investisiyaların təşviqinə verdiyi önəmin bariz nümunəsidir ki, biz daha geniş səlahiyyətlərə və funksiyalara malik olaq. Funksionallıq nöqteyi nəzərdən həm investisiyaların, həm də ixracın təşviqində kifayət qədər geniş səlahiyyətlərə malikik, ən önəmli məsələ isə vahid pəncərə funksiyasını daşıyan agentliyik. İxrac strategiyasının və ixracın təşviqi ilə bağlı mexanizmlərin hazırlanması istiqamətində mütəmadi iş aparılır. 2016-ci ilin oktyabr ayından "Made in Azerbaijan" brendinin təşviqi ilə bağlı 10 mexanizmlər var, həmin mexanizmlər bu gün də çox uğurla tətbiq edilir. Son illər pandemiyanın yaratdığı problemlərə görə görüşlərin təşkil edilməsi çətinləşdi. Lakin buna baxmayaraq biz qaydalara uyğun olaraq mexanizmlərin tətbiqini davam edirik. Yeniliklərə gəlincə isə biz bu gün fərqli ölkələrdə tətbiq edilən yeni mexanizmlərin ölkədə tətbiqini nəzərdə tuturuq", - deyə Y.Abdullayev əlavə edib.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Report
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 7 saat sonra
- 1 saat əvvəl
-
2 saat əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 3 saat əvvəl
-
4 saat əvvəl
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Dünya Bankından Azərbaycana yeni kredit – bu magistral yol yenidən qurulacaq
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Ən çox oxunanlar
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ağdam Sənaye Parkında yeni şirkət - 14,2 milyon manatlıq layihə
Maliyyə nazirinin 1-ci müavini ABB-nin rəhbərliyinə gətirilib





























