“AccessBank artıq bir neçə meyar üzrə Azərbaycanın TOP-5 bank siyahısına daxildir” - MÜSAHİBƏ
"Filial şəbəkəsinə gəldikdə isə cari il ərzində Naxçıvanda yeni - 30-cu filialımızı müştərilərimizə təhvil verəcəyik".AccessBank-ın İdarə Heyətinin üzvü İlkin Quliyev ilə müsahibə
- İlkin bəy, son illər ərzində bankçılıq necə dəyişib? Siz bu dəyişiklikləri AccessBank-da necə görürsünüz?
- Ümumiyyətlə devalvasiyadan sonra bankçılıq çox dəyişib və şəxsən mənim fikrimcə bu dəyişikliklər effektiv və daha məhsuldardır. Devalvasiya bazar üçün iqtisadi şok olmaq ilə yanaşı eyni zamanda bankçılığa yeni baxış gətirdi. Bundan başqa, pandemiya özü-özlüyündə bankçılığın rəqəmsallaşmasına təkan verdi deyə düşünürəm. Sevindirici məqam ondan ibarətdir ki, Mərkəzi Bank rəqəmsallaşma istiqamətində çox vacib addımlar ataraq yeni qaydalar təsdiq etdi. Banklar da bu dəyişikliklərdən yararlanmağa çalışır. AccessBank da rəqəmsalda aktivləşib - tezliklə yeni mobil bankçılıq tətbiqimizi müştərilərin xidmətinə təhvil verəcəyik. Biznes müştərilərimiz üçün olan internet bankçılıq tətbiqimiz isə onların tələblərini tam olaraq qarşılayır. Bununla belə, biznes müştərilərimiz üçün də rəqəmsal kanallarımızı yenilənmək barədə düşünürük.
- Son aylar dünyada baş verənlərin AccessBank-a təsiri oldumu?
Düşünürəm ki, var. Ən azından biz bankda bunu görürük. Misal üçün, digər qonşu ölkələrlə nisbətdə inkişaf edən iqtisadiyyat, stabil məzənnə, investisiyaya açıq mühit kimi səbəblərdən bir çox xarici şirkətlərin ölkəmizə investisiyalarının artırması müşahidə olunur. Bankımıza son 6 ay ərzində yeni hesab açan xarici şirkətlər bizi çox sevindirir. Bu həm ölkəmizə əlavə investisiyalar, həm də bankımıza yeni müştərilər qazandırır. Hüquqi şəxslərin bizim xidmətlərimizdən istifadə etməsinin başlıca səbəblərdən biri AccessBank-ın bütün səhmdarlarının beynəlxalq maliyyə qurum və institutlarının olmasıdır.
- Digər maliyyə qurumlarında işləyərkən AccessBank-ı kənardan müşahidə etmisiniz. Bəs sizcə, Bank daxildə necədir?
Əslində digər 3 bankda işləyərkən AccessBank məndə qapalı, amma özünəməxsus korporativ dəyərləri olan maraqlı bank təəssüratı oyadırdı. Düzünü desəm, AccessBank komandasına qoşulmaq təklifini alanda çox düşünmədim, çünki qeyd etdiyim kimi Bank kənardan çox maraqlı görünürdü və güclü quruluşu, təməli ilə seçilirdi. Həm də mikromaliyyələşmə istiqamətində bazarın lideri olan bir bankda pərakəndə biznesini inkişaf etdirmək özü - özlüyündə çox cəlbedici təklif idi. Cəlbedici və riskli. AccessBank sıralarına qoşulanda seçimimdə heç peşman olmadım – burada güclü, peşəkar komanda, böyük potensiala malik və mənə də doğma və yaxın özünəməxsus korporativ dəyərləri olan bir bankla tanış oldum. Belə deyə bilərəm ki, AccessBank-la eyni dəyərlərin daşıyıcıları olduq.
- AccessBank-ın digər banklardan fərqi, özəlliyi nədədir?
Elə bank var ki, orada proseslər ilk yerdədir (process base), elə bank var ki, orada insanların (team base) iştirakı proseslərdən daha vacibdir. Mənim gördüyüm, AccessBank-da bu iki istiqamətin miksidir. Burada Bankımızın əsas kapitalı – komanda çox önəmli rol oynayır, eyni zamanda daim təkmilləşən proseslər öz yerini tutur. Düşünürəm ki, bu simbioz AccessBank-ın korporativ idarə etməsində, biznes həyatında çox düzgün formalaşıb. Bankın bünövrəsi məhz bu formatda qurulub. Fikrimcə, bu da bizi digərlərindən fərqləndirən əsas özəlliyimizdir. Təbii ki, AccessBank-ın ölkənin mikro maliyyələşdirmə istiqaməti üzrə ən böyük bazar payına malik olması, həmçinin sistem əhəmiyyətli banklardan sonra ən böyük depozit portfelinə sahib olması fərqləndirici məqamlardan biridir.
- Növbəti illərdə AccessBank-ı harada görürsünüz?
AccessBank-ın əsas missiyası – ilk növbədə kiçik və orta sahibkarlara, həmçinin pərakəndə müştərilərə dəstək olmaq strategiyasını davam etdirməkdir. Bu strategiyanı mərhələli şəkildə rəqəmsal kanallarda da inkişaf etdirəcəyik. Bu həm müştərilərin, həm də bazarın tələbidir. Rəqəmsallaşma və müştərilərimizin rahatlığı bankımızın növbəti 3 illik strategiyasında prioritet məqamlardan biri olacaq. İstər biznes, istərsə də pərakəndə müştərilərin banka gəlmədən rahat şəkildə əməliyyatlar aparması, hesab açması proseslərini tam rəqəmsallaşdırmaq kimi planlarımız var.Filial şəbəkəsinə gəldikdə isə cari il ərzində Naxçıvanda yeni - 30-cu filialımızı müştərilərimizə təhvil verəcəyik. Növbəti illər ərzində isə filialların açılmasından daha çox agent bankçılıq xidmətlərindən istifadə etmək kimi planlarımız var.
AccessBank artıq bir neçə meyar üzrə Azərbaycanın TOP-5 bank siyahısına daxildir. Bu göstəriciləri bəzi istiqamətlər üzrə inkişaf etdirmək, bəziləri üzrə isə qoruyub saxlamaq əsas hədəfimizdir. Həmçinin kiçik və orta sahibkarlığa dəstəkdə ən böyük bazar payını və pərakəndə müştərilərin depozit portfeli üzrə TOP5-də mövqeyimizi qoruyub saxlamaq, xidmət keyfiyyətimizi və əlavə olaraq rəqəmsal kanallarımızı təkmilləşdirərək yaxın gələcəkdə ən faydalı banklardan biri olmağı planlaşdırırıq.
- Müsahibəyə görə təşəkkür edirək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
4 gün sonra
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
-
5 saat əvvəl
Yeni iPhone-ların təqdimatından sonra Apple səhmləri necə reaksiya verdi?
-
- 6 saat əvvəl
-
7 saat əvvəl
Apple tarixində ilk qatlanan iPhone-u təqdim etdi — iPhone Duo
-
8 saat əvvəl
Apple yeni iPhone-ların qiymətlərini açıqladı — 100 dollar bahalaşıb
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
"Süni intellekt hamımızın ölümünə səbəb ola bilər" - Süni intellekt şirkətinin əməkdaşı istefa verdi
-
11 saat əvvəl
Tikinti gözləmədən mənzil al - hazır evlər: gör, seç və köç ®
-
11 saat əvvəl
Çinin elektromobil istehsalçıları avtomobil bazarı zəiflədikcə humanoid robotlara yönəlir
-
11 saat əvvəl
Utilizasiyada “Lada” liderdir — Hər iki avtomobildən biri bu markadır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Apple yeni iPhone-ların qiymətlərini açıqladı — 100 dollar bahalaşıb
"Neftin qiymətinin 200 dollara yüksəlməsi mümkündür"
"Süni intellekt hamımızın ölümünə səbəb ola bilər" - Süni intellekt şirkətinin əməkdaşı istefa verdi
Ən çox oxunanlar
Tikinti gözləmədən mənzil al - hazır evlər: gör, seç və köç ®
Çinin elektromobil istehsalçıları avtomobil bazarı zəiflədikcə humanoid robotlara yönəlir
Bank of America 2026 və 2027-ci illər üzrə qlobal iqtisadi artım proqnozlarını yenilədyib
Dünya Bankı Qrupuna Azərbaycan üzrə vahid rəhbər təyin edilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəəy olunub
ABB-dən futbol azarkeşləri üçün qazandıran kampaniya ®
Çindən Azərbaycana və Avropaya daha çox yük daşınacaq – Orta Dəhliz üzrə yeni planlar


























