İri bank Naxçıvanda filialını istifadəyə verəcək
AccessBank 2022-ci il ərzində Naxçıvanda filialını istifadəyə verəcək.
Bunu Marja-ya AccessBank-ın İdarə Heyətinin üzvü İlkin Quliyev ibildirib.
"AccessBank-ın əsas missiyası – ilk növbədə kiçik və orta sahibkarlara, həmçinin pərakəndə müştərilərə dəstək olmaq strategiyasını davam etdirməkdir. Bu strategiyanı mərhələli şəkildə rəqəmsal kanallarda da inkişaf etdirəcəyik. Bu həm müştərilərin, həm də bazarın tələbidir. Rəqəmsallaşma və müştərilərimizin rahatlığı bankımızın növbəti 3 illik strategiyasında prioritet məqamlardan biri olacaq. İstər biznes, istərsə də pərakəndə müştərilərin banka gəlmədən rahat şəkildə əməliyyatlar aparması, hesab açması proseslərini tam rəqəmsallaşdırmaq kimi planlarımız var. Filial şəbəkəsinə gəldikdə isə cari il ərzində Naxçıvanda yeni - 30-cu filialımızı müştərilərimizə təhvil verəcəyik. Növbəti illər ərzində isə filialların açılmasından daha çox agent bankçılıq xidmətlərindən istifadə etmək kimi planlarımız var",-İlkin Quliyev deyib.
Qeyd edək ki, "AccessBank" QSC 2022-ci ilin 2-ci rübündə aktivləri 1 milyard manatdan çox olan banklar siyahısına daxil olub.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 8 saat sonra
- 1 saat əvvəl
-
2 saat əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 3 saat əvvəl
-
4 saat əvvəl
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Dünya Bankından Azərbaycana yeni kredit – bu magistral yol yenidən qurulacaq
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Ən çox oxunanlar
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ağdam Sənaye Parkında yeni şirkət - 14,2 milyon manatlıq layihə
Maliyyə nazirinin 1-ci müavini ABB-nin rəhbərliyinə gətirilib

























