Bakıda III Maliyyə və İnvestisiya Forumu keçiriləcək!
III Maliyyə və İnvestisiya Forumu (FIF2022) “Gələcək üçün yenilən” şüarı ilə 16 noyabr 2022-ci il tarixində “Baku Marriott Hotel Boulevard” otelində keçiləcəkdir!
Facemark MMC-nin təşkilatçısı olduğu III Maliyyə və İnvestisiya Forumu ölkəmizin aparıcı şirkətlərinin dəstəyi və iştirakı ilə baş tutacaq.
Forumun əsas məqsədi ölkəmizdə innovasiyayönümlü iqtisadiyyatın inkişafının genişləndirilməsi, bu sahənin hüquqi və infrastruktur bazasının beynəlxalq tələblərə uyğunlaşdırılması və maarifləndirmə prosesindən ibarətdir.
Bu il 3-cü dəfə keçiriləcək Maliyyə və İnvestisiya Forumu (FIF2022) dünyada və regionda yaranmış yeni iqtisadi, maliyyə, investisiya imkanları və rəqabətcil bazarı gözləyən yeni fürsətlərin müzakirə ediləcəyi bir platforma kimi çıxış edəcək. Maliyyə və investisiya sahəsində çalışan peşəkar və təcrübəli mütəxəssislər spiker qismində çıxış edərək gələcəyin iqtisadiyyatı üzrə mövzuların müzakirəsini aparacaqlar.
Gələcəyə hazırlıq bu gündən başlayır. Hər bir gələcək uğur isə dəyişiklikdən və yenilənmədən keçir. İqtisadi inkişaf naminə yeni məqsəd və hədəflər müəyyən olunmalıdır. Azərbaycanda yaranan yeni iqtisadi-siyasi şərait regiona yeni maliyyə resurslarını - xarici bankları, investisiya şirkətlərini, yeni ticarət-nəqliyyat partnyorlarını regiona cəlb etmək və yeni infrastruktur yaratmaqla iqtisadi fürsətləri dəyərləndirməyə yol açır. Eyni zamanda dünyada baş verən proseslər zəminində dəyişən mövcud reallıqlar və yanaşmalar da yeni iqtisadi mərhələyə keçidin vacibliyini sübut edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
7 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
7 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 7 saat əvvəl
-
8 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti
























