"Baku Steel Company”nin sabiq rəhbəri Rasim Məmmədov məhkəmədə özünü təqsirli bilməyib
"Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi ilə bağlı məhkəmə istintaqı başlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən bugünkü proses təyin olunduğu vaxtdan gec başlayıb.
Buna səbəb Rasim Məmmədovun vəkillərinin məhkəməyə gəlməməsi olub.
İki saat sonra müdafiəçi Pərviz Məmmədov məhkəməyə gəlib. O, əvvəldən xəbərdarlıq etmələrinə baxmayaraq prosesə məcburi çağırıldıqlarını deyib.
Hakim bildirib ki, vəkillər başqa məhkəmə işlərilə əlaqədar prosesin təxirə salınması haqda müraciət etsələr də, bununla bağlı heç bir sübut yoxdur. Rasim Məmmədov özü də məhkəməyə vacib sənədlər təqdim edəcəklərini deyib. O, ekspertiza rəylərində rəqəmlərin şişirdiyini bildirib: “Ekspertiza rəyində göstərilən qədər istehsalat, satış olmayıb. 19 ay ərzində bizimlə işləməyiblər, bizdən heç nəyi soruşmayıblar. Kimə nə qədər verilməsi barədə dəftərçədəki bu rəqəmlərə baxıb özlərindən rəqəmlər düzəldiblər. Mən məhkəməyə elə sənədlər verəcəm, görəcəksiniz ki, onların yazdıqları doğru deyil".
İclasda ittiham aktı elan olunub.
İttihamda göstərilib ki, Rasim Məmmədov “Baku Steel Company” MMC-nin müşahidə şurasının sədri olduğu müddətdə vəzifə səlahiyyətlərindən sui-istifadə edib, sənədlərə yalan məlumatlar daxil etməkdə, o cümlədən rəqəmləri şişirtməkdə, başqa şəxslərin adına şirkətlər yaradıb, şirkətin mallarını aşağı qiymətlərlə satmaqda, “Baku Steel Company”in məhsullarını öz obyekt və yaşayış binalarına sərf edib. Bütün bunlarla təqsirləndirilən şəxs ümumilikdə təxminən 55 milyon manatlıq mənimsəmə və israfetməyə yol verib.
Göstərilən cinayət əməllərinə görə, Rasim Məmmədova Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə emə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham verilib.
İttiham aktının elanı başa çatan ərəfədə digər vəkillər də prosesə qatılıb.
İttihama münasibət bildirən Rasim Məmmədov özünü təqsirli bilmədiyini deyərək nədə təqsirləndirildiyini anlamadığını bildirib.
Vəkil Elçin Sadıqov da ittihamın mahiyyətinin aydın olmadığını bildirib: “İttihamda göstərilir ki, ƏDV-dən (Əlavə Dəyər Vergisi) yayınmaqla şirkətə ziyan vurub. ƏDV şirkətindir, yoxsa dövlətin, yaxud da Rasim Məmmədov hansı fiziki şəxslərə ziyan vurub?”
Prokuror məhkəmə istintaqı gedişində bütün məsələlərə aydınlıq gətiriləcəyini bildirib.
Rasim Məmmədova ittihamlarla bağlı sərbəst ifadə verməyə hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib.
Hakimlər ifadə verməyə hazırlaşmaq üçün sentyabrın 12-nə qədər vaxt verib, lakin verilən müddət təqsirləndirilən şəxsi və vəkilləri qane etməyib: “Şənbə-bazar günü təcridxanaya vəkillər buraxılmır, siz də növbəti məhkəməni birinci günə təyin etdiniz. Biz nə vaxt görüşüb məsləhətləşək?”
Vəkillər isə sentyabrın 12-də başqa bir iş üzrə məhkəmə prosesində iştirak edəcəklərini bildirərək prosesin başqa vaxta təyin edilməsini istəyiblər. Məhkəmə qərarı dəyişməyib.
Onu da qeyd edək ki, bu gün sabiq deputat Nazim Bəydəmirli də məhkəməyə gəlib.
O, jurnalistlərə Rasim Məmmədovun əməllərindən ziyan çəkdiyini, lakin zərərçəkmiş qismində tanınmadığını deyib.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
2 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
3 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti

























