Hakaton yarışının açılış mərasimi keçirilib
2022-ci il sentyabrın 9-da Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) və Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) birgə təşkilatçılığı ilə “Enerji və Dördüncü Sənaye İnqilabı” mövzusunda təşkil olunan hakaton yarışının açılış mərasimi keçirilib.
SOCAR-ın yaydığı məlumatda bildirilir ki, “Enerji və əşyaların interneti”, “enerji və süni intellekt”, “enerji və rəqəmsal iqtisadiyyat” mövzuları üzrə keçirilən hakatonun məqsədi Azərbaycanda, xüsusilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında “yaşıl” və rəqəmsal enerji texnologiyalarının tətbiqi, bərpa olunan enerji resurslarından istifadənin genişləndirilməsi və enerji təhlükəsizliyinin gücləndirilməsi üçün innovativ ideyalara dəstək verilməsidir.
Açılış mərasimində çıxış edən BANM-ın rektoru Elmar Qasımov Ali Məktəbin belə əhəmiyyətli tədbirə evsahibliyi etməsindən məmnunluğunu ifadə edib. Rektor hakatonun innovativ yanaşmaları ilə fərqlənən gənclərin istedadlarını, bilik və bacarıqlarını nümayiş etdirmələri baxımından önəmli olduğunu qeyd edib, iştirakçılara uğurlar arzulayıb.
SOCAR-ın vitse-prezidenti Zaur Qurbanov çıxışında Azərbaycanın, o cümlədən Qarabağın və Şərqi Zəngəzurun zəngin bərpa olunan enerji potensialının mövcud olduğunu bildirib. Qeyd edib ki, işğaldan azad olunmuş ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi müasir inkişaf strategiyasının tərkib hissəsidir və hakaton da bu istiqamətdə qarşıya qoyulan vəzifələrin reallaşmasına dəstək vermək məqsədi daşıyır.
4SİM-in icraçı direktoru Tamerlan Tağıyev hakatonun keçirilməsinin rəqəmsal bilik və bacarıqların inkişaf etdirilməsi və müasir tələblərə cavab verən yüksəkixtisaslı kadr hazırlığının gücləndirilməsi ilə ölkəmizdə innovasiya ekosisteminin inkişafına töhfə verəcəyini vurğulayıb.
Çıxışlardan sonra hakatonun şərtləri barədə məlumat təqdim olunub və yarışa start verilib.
Qeyd edək ki, 9-11 sentyabr tarixlərində keçiriləcək hakatonun qaliblərinin mükafatlandırılması mərasimi sentyabrın 17-də təşkil olunacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
2 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
3 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti


























