Tanınmış xeyriyyəçi iş adamının şirkəti 14 məktəbin 1-ci sinfə gedəcək şagirdlərini sevindirdi
“İnci” Şirkətlər Qrupu növbəti dəfə xeyriyyəçilik təşəbbüsündə iştirak edib.
Marja.az xəbər verir ki, 9-10 sentyabr 2022-ci il tarixlərində “İnci” Şirkətlər Qrupunun rəhbəri, tanınmış xeyriyyəçi iş adamı Mikayıl Yusifov və millət vəkili Sadiq Qurbanov Şabran və Siyəzən rayonlarının 14 məktəbinə 1-ci sinfə gedəcək bütün şagirdlərini məktəbli çantası və lazım olan bütün dərs ləvazimatları ilə təmin ediblər.
Xeyriyyəçilik tədbirləri Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri və təhsil işçiləri ilə birlikdə həyata keçirilib.
Belə ki, Şabran rayonu üzrə Xəlfələr, Dağbilici, Xəlilli, Çölquşçu, Çayqaraqaşlı, Hacıqaraqaşlı, Aygünlü və Xırdaoymağa kənd məktəblərində, Siyəzən rayonu üzrə isə Məşrif, Qozağacı, Dağqyşçu, Ramazanov adına 5 saylı şəhər məktəbi, Gilgilçay və Tağay orta məktəblərində 1-ci sinfə gedəcək bütün şagirdlərinə məktəbli çantası və lazım olan bütün dərs ləvazimatları təqdim olunub.
Eyni zamanda, adı çəkilən məktəblərin kitabxanalarına 300-dən artıq əlavə dərs vəsaiti, müəllimlərinə isə müxtəlif kitablar hədiyyə olunub.
Qeyd edək ki, “İnci” Şirkətlər Qrupu Azərbaycanda iri ofis və məktəb ləvazimatları təchizatçısıdır. “Ofisait” mağazalar şəbəkəsi “İnci” Şirkətlər Qrupuna məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
2 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
2 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti


























