Azərbaycanda fındığın 45 faizi Zaqatalada yetişdirilir
Zaqatalada fındıq və fındıq məhsullarının sərgi-satış yarmarkası keçirilib.
Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumatda bildirilir ki, Heydər Əliyev Parkında təşkil olunan sərgidə 20-yə yaxın çeşiddə 500 kiloqrama yaxın qərzəkli meyvələr, yerli sənətkarların fındıq, qoz və şabalıqddan hazırladığı tətbiqi sənət nümunələri, fındıq emalı və ixracı ilə məşğul olan müəssisələrin, elmi-tədqiqat institutlarının istehsal etdiyi məhsullar nümayiş olunub.
Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirin əsas məqsədi Zaqatalanın kənd təsərrüfatı üçün ənənəvi sahələrdən olan fındıqçılığın, həmçinin qərzəkli meyvəçiliyin daha geniş təbliğ edilməsidir.
Tədbirin açılış mərasimində çıxış edən Zaqatala rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə bildirib ki, fındıqçılıq ötən əsrin ortalarından başlayaraq rayonun kənd təsərrüfatında ənənəvi sahələrdən birinə çevrilib. Hazırda Zaqatalada yeni fındıq bağlarının salınması istiqamətində davamlı iş aparılır. Görülən işlər nəticəsində rayon həm fındıq bağlarının sahəsinə, həm də fındıq istehsalına görə birinci yerdədir. Rayonda bu cür sərgi və yarmarkaların, festivalların keçirilməsi qərzəkli meyvəçiliyin təbliği ilə yanaşı, rayonun turizm potensialına da müsbət təsir göstərir.
Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov bildirib ki, illərdir öz populyarlığını qoruyub saxlayan bu formatda tədbirlərin Zaqatalada keçirilməsi təsadüfi deyil: “Zaqatala həm də ölkəmizin ən böyük fındıqçılıq rayonudur, Azərbaycanda mövcud olan fındıq bağlarının 25 faizi bu rayonda yerləşir, ölkə üzrə istehsal olunan fındığın isə 45 faizi Zaqatalada yetişdirilir. Fındıq ölkəmizdə ən popular qərzəkli meyvələrdən biri olmaqla yanaşı, həm də xarici ölkələrə ən çox ixrac olunan məhsullardan biridir. Ölkəmizdə fındıqçılığın inkişafına dövlət tərəfindən dəstək verilir. Fındıq əkinləri subsidiyalaşdırılır, yeni salınan intensiv fındıq bağlarına ilk dörd il ərzində hər hektara 730 manat subsidiya verilir. Eyni zamanda boş olan Meşə Fondu torpaqlarında, dağlıq və dağətəyi ərazilərdə salınacaq intensiv fındıq bağlarının hər hektarına görə 4400 manat birdəfəlik əkin subsidiyası ödənilir. Fındıqçılığın inkişafına dövlət dəstəyi bununla yekunlaşmır, digər intensiv meyvə bağlarında olduğu kimi, fındıq bağlarında çəkilmiş müasir suvarma sistemlərinin dəyərinin 40 faizi dövlət tərəfindən ödənilir”.
Nazir müavini qeyd edib ki, dövlət tərəfindən fındıqçılığın inkişafının dəstəklənməsi fermerlərimizin bu sahəyə marağını kifayət qədər artırıb. Bar verən bağların artması ölkənin ixrac potensialına da müsbət təsir göstərir. Azərbaycan fındığının ixrac coğrafiyası da genişlənir, məhsullarımız İtaliya, Rusiya, Almaniya, Qazaxıstan, İsveçrə və digər ölkələrə ixrac edilir.
Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan nümayəndəliyinin rəhbəri Mələk Çakmaz, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin rəhbərliyi və digər şəxslər sərgi yarmarkanın işinə uğurlar diləyiblər.
Daha sonra tədbir iştirakçıları sərgilənən məhsullar, tətbiqi sənət nümunələri və əl işləri ilə tanış olub, fındıq istehsalı və emalı ilə məşğul olan şirkətlərin nümayəndələri və fermerlərlə görüşüblər. Görüşlərdə məhsul yığımının gedişi, məhsuldarlığın artırılması üçün görülən işlər, intensiv və superintensiv meyvə bağlarının salınmasında tətbiq olunan yeniliklər, fındıq məhsullarının emalı və ixracı ətrafında fikir mübadiləsi aparılıb, təkliflər qeydə alınıb.
Müştərilərin xəbərləri
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsi münsiflərinin qiymətləndirmə sessiyası başa çatıb
“PAŞA Sığorta”nın Port Baku ərazisindəki satış ofisi fəaliyyətini şirkətin mərkəzi binasında davam etdirəcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 20 saat sonra
-
- 1 d. əvvəl
- 10 d. əvvəl
-
48 d. əvvəl
Bütün su hövzələrində sənaye məqsədilə balıq və digər su bioresurslarının ovu qadağan edildi
- 52 d. əvvəl
-
1 saat əvvəl
Bakı Limanının yükaşırma imkanları genişləndirilir: yeni körpü istifadəyə verildi
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakı metrosu üçün Asiya bankındn 850 milyon dollar borc alınır
-
1 saat əvvəl
BVF: Bu il Azərbaycanın strateji valyuta ehtiyatları 90 milyard dolları ötəcək
-
2 saat əvvəl
İlk rübdə Azərbaycanda mehmanxanalardakı yerlərin 82 faizi boş qalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bakı metrosu üçün Asiya bankındn 850 milyon dollar borc alınır
İlk rübdə Azərbaycanda mehmanxanalardakı yerlərin 82 faizi boş qalıb
Ən çox oxunanlar
TƏBİB-ə yeni icraçı direktor müavini təyin edilib
PULLU Adam olmaq üçün ilk addımını at ®
"Neftqazmaş" 2025-ci ili xalis mənfəətlə başa vurub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 5 dəfəyə yaxın artıb
"Agrarco" şirkətinin ixrac gəliri 5 dəfəyə yaxın artıb
Azərbaycan neftinin son qiyməti













.jpg)






