ABB-nin Qazaxıstanın pensiya fonduna borcu 34,5 mln manat dəyərsizləşib
2017-ci ilin iyun ayının 1-nə Qazaxıstanın "Vahid Pensiya Yığımı Fondu" SC-nin investisiya gəliri -1,6% təşkil edib. Qazaxıstanın "Total" agentliyi xəbər verir ki, Fondun menecmentinin sözlərinə görə, göstəricinin mənfi dinamika nümayiş etdirməsinə səbəb yatırımlar üzrə aşağı gəlirlilik deyil, pensiya aktivlərinin dəyərsizləşməsidir. Buna baxmayaraq, Qazaxıstan Milli Bankı öz proqnozunu dəyişməkdə maraqlı deyil - ilin sonuna investisiya gəliri -1% təşkil edəcək.
Fondun İdarə Heyəti sədrinin müavini Saule Yeqeubayeva bildirib ki, 2017-ci ilin iyunun 1-nə pensiya yığımlarının ümumi məbləği 6,99 trln təngə (iyunun 2-nə artıq bu rəqəm 7 trln təngə həddini aşıb) təşkil edir. İlin əvvəli ilə müqayisədə yığımlar 309,6 mlrd təngə və ya 4,6% artıb.
İlin əvvəlindən əmanətçilərin hesablarına bölüşdürülən xalis investisiya gəliri 114,4 mlrd təngə təşkil edib.
"Pensiya aktivlərinin gəlirliliyi bir sıra amillərdən, o cümlədən aktivlərin bir qədər artıq qiymətləndirilməsindən asılıdır. Belə ki, bu il yığılan xalis investisiya gəlirinə aktivlərin bir qədər artıq qiymətləndirilməsi təsir edib", - deyə S. Yeqeubayeva bildirib.
Onun sözlərinə görə, Fondun investisiya yatırdığı şirkətlərin 21-i problemlidir. İyunun 1-nə emitentlərin Fond qarşısında 45 mlrd. təngə məbləğində problemli borcu var. Bu məbləğə "Azərbaycan Beynəlxalq Bankı" ASC-yə (ABB) yatırılan 71,3 mlrd təngə daxil deyil. ABB-yə yatırılan məbləğ dövlət bankının xarici öhdəliklərinin restrukturizasiyası başa çatdıqdan sonra nəzərə alınacaq.
"Bu emitentlərin mütləq əksəriyyəti 2006-2010-cu illərdə defolt olub və Fond onlarla təmasdadır. Fondun konsolidasiyası zamanı problemli aktivlərin ümumi məbləği 161 mlrd təngə idisə, hazırda bu rəqəm 45 mlrd təngəyədək azalıb. Bir şeyi də qeyd edim ki, ilin əvvəlindən bu rəqəm artmayıb", - deyə o bildirib.
S. Yeqeubayeva əlavə edib ki, ABB-nin Fond qarşısındakı öhdəliyi 2017-ci ilin mayın 1-nə 71,3 mlrd təngə təşkil edirdisə, hazırda dövlət bankının qiymətli kağızlarına yatırılan investisiyanın məbləği 64,8 mlrd təşkil edir. Onun sözlərinə görə, buna səbəb maliyyə alətinin dəyərdən düşməsidir. Fond rəsmisinin sözlərinə inansaq, ABB-yə yatırılan investisiya 6,5 mlrd təngə və ya 34,450 mln manat dəyərsizləşib.
Bundan öncə "Vahid Pensiya Yığımı Fondu" SC-nin Direktorlar Şurasının üzvü Kayrat Kelimbetov bildirib ki, Fond ABB-nin qiymətli kağızlarına yatırdığı investisiyanın bir qismini - 50 mln dollar qaytarmağı bacarıb.
Direktorlar Şurasının üzvü əlavə edib ki, Fondun ABB-yə yatırdığı investisiya xüsusi sxem üzrə qaytarılacaq.
Xatırladaq ki, ABB xarici kreditorlar qarşısındakı öhdəliklərin könüllü restrukturizasiyası ilə bağlı səsvermə prosesinin iyunun 19-dan başlandığını və bu prosesin 18 iyul 2017-ci il tarixində tamamlanacağını açıqlayıb.
Xarici kreditorlardan daxil olmuş müəyyən təkliflərin nəzərə alındığı və Maliyyə Nazirliyi ilə razılaşdırmaqla restrukturizasiya planında bəzi dəyişikliklərin edildiyi bildirilib.
Qanunvericiliyin tələblərinə uyğun olaraq könüllü restrukturizasiya planında edilmiş dəyişikliklər barədə məlumatlar təqdim edilir:
• Azərbaycan Respublikası tərəfindən buraxılacaq yeni istiqrazların ödəniş şərtlərində dəyişiklik edilib. Belə ki, istiqrazlar üzrə ödənişlər son 3 ildə başlayacaq. Bu, əvvəl son 2 il olaraq müəyyənləşdirilmişdi.
• Kreditorlara müxtəlif şərtli dövlət istiqrazlarını seçmək imkanı verilir. Kreditor xüsusi vəkalət forması və ya səsvermə prosedurundan istifadə etməklə təklif olunan fərqli seçimlərdən istifadə edə biləcək.
• “İlk gələn - ilk seçən” mexanizmi də “ilk 11 iş günü müraciət” edənlərin üstünlüyü mexanizminə dəyişdirilib. Bu müddət ərzində səsvermədə iştirak edən kreditorlar seçimlərinin reallaşmasında müəyyən üstünlüklərə malik olacaqlar.
• Subordinasiya xarakterli və digər (ticarətin maliyyələşdirilməsi üzrə əqdlər istisna olmaqla) öhdəliklər üzrə faizlərin təmin edilməsi şərtləri aşağıdakı şəkildə müəyyənləşdirilir:
- Hesablanmış faizlərlə bağlı tələb hüququ yalnız könüllü restrukturizasiya planının lehinə səs verən iddiaçılara aid olacaq.
- Borclar üzrə faizlər 1 sentyabr 2017-ci il tarixinədək (əvvəlcə 13 iyul 2017-ci il müəyyən edilmişdi) hesablanacaq və restrukturizasiya planının bir hissəsi kimi buraxılan yeni istiqrazlar üzrə faizlərin hesablanması da bu tarixdən başlanacaq.
- 1 sentyabr 2017-ci il tarixinədək sözügedən öhdəliklərlə bağlı hesablanmış faiz ödənişləri müvafiq paylanma tarixində nağd olaraq iddiaçılara ödəniləcək. Lakin, 1 sentyabr 2017-ci il tarixinə qədər bütün digər hesablanmış, lakin ödəmə vaxtı çatmamış faizlər isə kapitalizasiya ediləcək və iddiaçıların yeni istiqrazlarının əsas məbləğinin hesablanmasında nəzərə alınacaq.
* 1 Qazaxıstan təngəsi = 0,0053 manat
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
22 d. əvvəl
Almaniyada əhalinin 2050-ci ilə qədər 5 faiz, 2070-ci ilədək 10% azalacağı gözlənilir
-
-
13 saat əvvəl
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
- 15 saat əvvəl
-
16 saat əvvəl
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
-
17 saat əvvəl
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
- 17 saat əvvəl
-
17 saat əvvəl
“Azexport” portalı vasitəsilə Yaponiyaya ixrac müzakirə olunub
- 17 saat əvvəl
-
18 saat əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 18 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
Agentlik 191 şirkətdən 22-nin uçotunu ləğv edib
EY İlin İş Adamı müsabiqəsinin qalibi açıqlandı
Ən çox oxunanlar
Sərfəli şərtlərlə istehlak krediti
Fevralın 18-də gözlənilən hava şəraiti
Müasir marketinq: səs-küydən mənaya doğru
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var



















