Kartmane kart sahibləri 12,5 milyon manat keşbek qazanıblar
(®) Keşbek kartları sırasında bazarda rəqiblərinə meydan oxuyan “Rabitəbank” ASC, müştərilərinin Kartmane kartı ilə alış-verişlərində qazandıqları məbləği açıqlayıb.
Belə ki, Kartmane kart sahibləri 9 ay ərzində 12,5 milyon manat keşbek əldə ediblər.
Rabitəbank açıqlayıb ki, bu məbləğin 6,5 milyon manatı yanacaqdoldurma məntəqələrində olunan ödənişlərə (YDM-lərdə 10% keşbek), təxminən 260 min manatı market və restoranların payına (market-restoranlarda 5% keşbek), 5.6 milyon manat isə hər yerdə olunan ödənişlərə (hər yerdə 2% keşbek) düşür.
Həmçinin, qazanılan keşbeklər sırasında Azercell keşbekləri və millər də var.
Bəs keşbek kartı nədir, hansı üstünlükləri var?
Keşbek – xərclənən pulun bir hissəsinin bonus şəklində müştərinin xeyrinə qayıtması prosesidir.
Məsələn, müştəri debet kartı ilə yanacaqdoldurma məntəqəsindən yanacaq doldurur və ümumi xərci 50 AZN təşkil edir. Bu zaman keşbek kartı tərəfindən müştəriyə qayıdan məbləğ ümumi xərcin 10%-ni təşkil edəcək.
Qeyd edək ki, Rabitəbank-ın məhsulu olan Kartmane-nin 5 keşbek növü mövcuddur: YDM (10%), market və restoranlar (5%), bütün ödənişlərdə (2%), Azercell keşbekləri (1 AZN=1 bal) və millər (1 AZN=1 mil).
Müştəri özünə uyğun keşbek növünü seçməklə, nağdsız ödənişdə xərclədiyi məbləğləri geri qaytara bilər.
500-dən çox tərəfdaşı olan Kartmane ilə edilən alış-verişlərdən 40%-dək keşbek qazanmaq mümkündür.
Tərəfdaşların siyahısını linkdən görə bilərsiniz: https://rbt.az/Terefdas
Kartmane kartları haqqında ətraflı məlumat və sifariş üçün https://rbt.az/Kart-Sifaris linkinə keçid edə, 133 Çağrı Mərkəzinə müraciət edə və ya bankın sosial media kanalları üzərindən sorğu göndərə bilərsiniz. Həmçinin bankın filiallarına yaxınlaşaraq sifarişinizi həyata keçirə bilərsiniz.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 10 saat sonra
-
42 d. əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkənin audit rəhbərini təyin etdi
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Dünya Bankından Azərbaycana yeni kredit – bu magistral yol yenidən qurulacaq
-
4 saat əvvəl
Ağdam Sənaye Parkında yeni şirkət - 14,2 milyon manatlıq layihə
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
ABŞ-da işə qəbul kəskin zəifləyib, işsizlik artıb
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ağdam Sənaye Parkında yeni şirkət - 14,2 milyon manatlıq layihə
Maliyyə nazirinin 1-ci müavini ABB-nin rəhbərliyinə gətirilib
Sənaye sektoruna verilən kreditlər avqustda cüzi artıb
Banklar ticarət və xidmət sektoruna 8 ayda 205 milyon manat əlavə kredit verib - 4,6 milyard manatı keçib























