"0,5 milyon manat borcumuzla yanaşı, 2,5 milyon manat alacağımız var"
"Pakistan Milli Bankının Bakı filialı olaraq 0,5 milyon manat öhdəliyimizlə yanaşı, təxminən 2,5 milyon manat alacağımız və bunun müqabilində 3,4 milyon manatlıq girovumuz var".
Bunu açıqlamasında filialın baş menecerinin müavini Sahib Quliyev təmsil etdiyi kredit təşkilatının Azərbaycan bazarını tərk etməsini şərh edərkən deyib.
"Demək olar ki, bütün kapitalımız Maliyyə Nazirliyinin istiqrazlarındadır. Bu istiqamətdə aktivlərimizin dəyəri 6,7 milyon manatdır", - deyə o, qeyd edib.
S.Quliyevin sözlərinə görə, filialın ləğvinin yaxın 1 ildə tamamlanması nəzərdə tutulsa da, proses uzana da bilər: "Mən şəxsən buna inanmıram, prosesin ən az 2-3 il davam edəcəyini düşünürəm. Məsələn, 2019-cu ildə Almaata, Düşənbə və Aşqabadda da filiallar bağlanıb. Amma indiyə qədər ləğvetmə prosesi yekunlaşmayıb".
Bakı filialının rəsmisi onu da deyib ki, kredit təşkilatında vaxtilə 20-dən çox adam işləyib, son aylar isə işçilərin sayı yarıbayarı azaldılıb: "Artıq 8-9 nəfər ixtisar edilib, bundan sonra isə 6 nəfər saxlanılacaq".
XXX
Pakistan Milli Bankının Bakı Filialının likvid aktivləri hesabat tarixinə 6.7 milyon manat təşkil edib və cəmi öhdəliklərin icrasına tam imkan verir.
Marja.az xəbər verir ki, bu barədə Filialın bəyanatında bildirilir
Qeyd edilib ki, Azərbaycan Respublikasının qanunvericiliyinə və Pakistan Milli Bankının qərarına uyğun olaraq, Filialın könüllü ləğvi müvafiq qaydada təsdiq edilmiş ləğv planına əsasən həyata keçiriləcəkdir. Bu məqsədlə, Filialın Baş Meneceri Sheikh Ahtsham Ahmed Filialın ləğvedicisi təyin olunmuşdur.
Azərbaycan Mərkəzi Bankının yaydığı məlumatda da bildirilir ki, 30.09.2022-ci il tarixinə Filialın likvid aktivləri (6,7 milyon manat) cəmi öhdəliklərini (0,5 milyon manat) dəfələrlə üstələyir.
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 11 oktyabr 2022-ci il tarixli Qərarı ilə Pakistan Milli Bankının Bakı Filialına verilmiş 30 iyun 2005-ci il tarixli 248 nömrəli bank lisenziyası ləğv edilib. Pakistan Milli Bankının Bakı Filialının bank lisenziyasının könüllü ləğvi ilə bağlı müraciət Pakistan Milli Bankının Orta Asiya və Azərbaycan maliyyə bazarlarından çıxış üzrə kommersiya strategiyası çərçivəsində qəbul edilmiş qərardan irəli gəlmişdir.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
4 gün sonra
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
- 28 d. əvvəl
-
- 32 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“NİZAMİ CİTY” - şəhərin mərkəzində yeni yaşayış standartı və sərfəli investisiya - VİDEO ®
-
1 saat əvvəl
Komissiyasız və svopsuz treydinq: UForex-lə güzəştli şərtlərlə ticarət edin ®
-
2 saat əvvəl
Azərbaycanda 1,8 milyon nəfərin maaşı orta hesabla 1177 manatdır
-
2 saat əvvəl
Şəkidə istirahət mərkəzində 2 nəfərin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb
-
2 saat əvvəl
Mis 15 min dollara yaxınlaşdı — “Qiymət köpüyü” xəbərdarlığı
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
Məqsədli büdcə fondları ləğv ediləcək
ABB Pay-lə yeni rəqəmsal ödəniş dövrü başlandı!
AzInTelecom media nümayəndələri üçün təlim keçirib
Azərbaycanda 1,8 milyon nəfərin maaşı orta hesabla 1177 manatdır
Ən çox oxunanlar
Mis 15 min dollara yaxınlaşdı — “Qiymət köpüyü” xəbərdarlığı
Azərbaycan neftinin qiyməti 113 dolları keçib
Rəsmi məzənnələr açıqlandı
Brent neftinin qiyməti 100 dolların üzərində qalır


























