Maliyyə göstəricilərində sıçrayış - Bank yüksək məbləğdə pul cəlb edib, kəskin böyüyüb
"Azər-Türk Bank" ASC-nin xalis mənfəəti 4 dəfədən çox artıb"Azər-Türk Bank" ASC 2022-ci ilin 9 ayını 3 milyon 79 min manat xalis mənfəət ilə başa vurub. Ötən ilin eyni döbrü ilə müqayisədə Bankın xalis mənfəəti 4,2 dəfə artıb. "Azər-Türk Bank" 2021-ci ilin 9 ayını 729 min manat xalis mənfəət ilə bağlamışdı.
Marja.az xəbər verir ki, 2021-ci ilin yanvar-sentyabr dövründə "Azər-Türk Bank"ın faiz gəlirləri 15 milyon 531 min manat ikən, 2022-ci ilin 9 ayında 23 milyon 443 min manata yüksəlib (50,4% və ya 7 milyon 912 min manat artıb). Bankın qeyri-faiz gəlirləri isə 8 milyon 857 min manatdan 21 milyon 58 min manata qalxıb (2,4 dəfə və ya 12 milyon 201 min manat artıb).
2022-ci ilin 9 ayında "Azər-Türk Bank" əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 44 milyon 501 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 36 milyon 925 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 7 milyon 576 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 3 milyon 779 min manat mümkün zərərlər üçün yaradılan xüsusi ehtiyatlara ayırıb və 700 min manat mənfəət vergisi ödəyib.
Müqayisə üçün qeyd edək ki, 2021-ci ilin 9 ayında "Azər-Türk Bank"cəmi əməliyyat gəlirləri 24 milyon 388 min manat, cəmi əməliyyat xərcləri 23 milyon 963 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 425 min manat təşkil etmişdi. Mümkün zərərlər üçün yaradılan xüsusi ehtiyatlardan azad olmuş 305 min manatın hesabına mənfəət 730 min manata yüksəlmişdi.
Beləliklə, 2021-ci ilin yanvar-sentyabr dövrü ilə müqayisədə 2022-ci ilin 9 ayında "Azər-Türk Bank"ın əməliyyat mənfəəti 17,8 dəfə artıb.
30 Sentyabr 2022-ci il tarixində "Azər-Türk Bank" ASC 844 milyon 194 min manat cəmi aktivlərə malik olub. Bank ötən ilin sonunda 407 milyon 328 min manat cəmi aktivlərə malik idi. Beləliklə, cari ilin 9 ayında Bankın cəmi aktivləri 2,1 dəfə (107%) artıb.
Aktivlərin artması nağd pul vəsaitləri və ekvivalentlərinin, müştərilərə verilmiş kreditlərin və digər banklarda yerləşdirilən depozitlərin artması ilə əlaqədardır.
Ötən ilin sonu ilə müqayisədə "Azər-Türk Bank"ın kredit portfeli 69 milyon 494 min manat və ya 29,7% artaraq 30 sentyabr 2022-ci il tarixində 303 milyon 86 min manata çatıb.
"Azər-Türk Bank"ın aktivlərinin kəskin artması depozitlərin, kredit təşkilatları və digər maliyyə institutlarından cəlb edilmiş vəsaitlərin (kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklər) artmasından qaynaqlanır. Ötən ilin sonu ilə müqayisədə "Azər-Türk Bank"ın depozit portfeli 116 milyon 205 min manat və ya 56% artaraq 323 milyon 691 milyon manata, kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklər 9,4 dəfə və ya 230 milyon 909 min manat artaraq 258 miylon 307 min manata yüksəlib.
30 sentyabr 2022-ci il tarixində "Azər-Türk Bank" 55 milyon 761 min manat məcmu kapitala malik olub.
"Azər-Türk Bank" ASC-nin səhmdarları Azərbaycan Respublikası (75%), “Ziraat Bankası” (12.4%), “AzRe Reinsurance”(6.5%), “Qala Həyat” (5%) və “Ziraat Bank International”dır (1.1%)
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
4 gün sonra
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
- 13 d. əvvəl
-
- 27 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“NİZAMİ CİTY” - şəhərin mərkəzində yeni yaşayış standartı və sərfəli investisiya - VİDEO ®
-
2 saat əvvəl
Komissiyasız və svopsuz treydinq: UForex-lə güzəştli şərtlərlə ticarət edin ®
-
2 saat əvvəl
Azərbaycanda 1,8 milyon nəfərin maaşı orta hesabla 1177 manatdır
-
3 saat əvvəl
Şəkidə istirahət mərkəzində 2 nəfərin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
Kommersiya qurumlarının sayı 6,6 faiz artıb
Sentyabrın 11-də gözlənilən hava şəraiti
ABB Pay-lə yeni rəqəmsal ödəniş dövrü başlandı!
AzInTelecom media nümayəndələri üçün təlim keçirib
“NİZAMİ CİTY” - şəhərin mərkəzində yeni yaşayış standartı və sərfəli investisiya - VİDEO ®
Ən çox oxunanlar
Azərbaycanda 1,8 milyon nəfərin maaşı orta hesabla 1177 manatdır
Mis 15 min dollara yaxınlaşdı — “Qiymət köpüyü” xəbərdarlığı
Azərbaycan neftinin qiyməti 113 dolları keçib
Rəsmi məzənnələr açıqlandı
























