Həyat sığortası haqqında mütləq bilməli olduğunuz 10 FAKT
![Həyat sığortası haqqında mütləq bilməli olduğunuz 10 FAKT](/storage/thumbnail/cover/cdn/2017/june/30/1498834174.jpg)
Həyat sığortası şəxsi büdcənin sütunlarından biridir və bütün şəxslər tərəfindən nəzərə alınmalıdır. Hətta daha da dərinə getsək bu sığorta növü bir çoxları üçün həyati əhəmiyyət kəsb edir.
Kömək məqsədi ilə həyat sığortası haqqında mütləq bilməli olduğunuz 10 FAKT-ı sizə təqdim edirik:
1.Əgər kimsə maddi cəhətdən sizə arxalanırsa, demək sizin həyat sığortasına ehtiyyacınız var. Əgər siz evlisinizsə və ya sizdən asılı olan övladınız varsa bu sizin üçün həyati öhdəlikdir.
2. Həyat sığortası insanların həyatına maddi dəyər qatmır. Əksinə, həyat itkisinin müşayiət etdiyi qaçılmaz maddi itkilərin qarşısını alır. Strateji olaraq, verilən sığorta ödənişləri insanlara daha çox kömək olur. Əgər özünü sığortalamayan şəxs vəfat edərsə, onun kredit və digər borcları, ipoteka kreditləri, planlanmış təhsil xərcləri və itirilmiş gəlirləri ailəni çətin duruma salır. Həyatını sığortaladığı halda isə ölən ailə başçısının borcları sığorta ödənişi vasitəsi ilə yüngülləşdirilir və ailə üzvlərini maddi çətinliyini xeyli asanlaşdırır.Bundan başqa, həyat sığortası sığortalı insanlarda arxayınlıq yarada bilir. Nəticə olaraq, bu tipli sığorta ailə başçıları və həmçinin işləməyən insanlar üçün də önəmlidir.
3. Həyat sığortası müqaviləsi. Həyat sığortası üzrə xidmətlər təflik edən şirkətlə başqa bir şəxsin həyat üzrə, eləcə də maddi marağı olan hər hansı bir şəxsin arasındakı imzalanmış sənəddir. Sığorta şirkəti sığorta olunanların haqqlarını toplayır və ölüm hadisəsi zamanı ödənişlər edir. Toplanan ümumi sığorta haqqları ilə verilən sığorta ödənişlərinin arasında yaranan fərq sığorta şirkətinin mənfəəti hesab olunur.
4. Sığorta əməliyyatlarının 4 əsas rolu: Bura sığortalı, sığortaçı, müqavilə sahibi və benefisiarlar daxildir. Sığortaçı olüm hallarında ödənişləri edən sığorta şirkətidir. Müqavilə sahibi sığorta şirkətinə sığorta haqqı ödəyən şəxsdir. Sığortalı müqavilənin əsasında tərtib olunduğu şəxsdir. Benefisiar sığortalının vəfatı halında ödəniş alacaq şəxsdir. Məsələn, mən 2 həyat sığortası məhsulunun sahibiyəm (iki fərqli sığortaçıdan). Mənim həyat yoldaşım hər birinin benefisiarı hesab olunur.
5. Həyat sığortası risklərin idarə olunması ilə yanaşı, ən yaxşı investisiya aləti də hesab olunur. Həyat sığortaları vergi güzəştləri təklif edən investisiya xüsusiyyətinə də malikdir. Yığım investisiyası məhsulunu əldə edən müştəri minimum 3 illik sığorta müqaviləsi əsasında bank faizlərindən daha çox gəlir əldə edir. (>Ətraflı)
6.Həyat sığortası çox bahalı ancaq bəzən gözlənilməz dərəcədə ucuz da ola bilər. Sağlam, siqaret çəkməyən, 30 yaşlarında bir şəxs 30000 AZN təminat üçün ayda 20 AZN sığorta haqqı ödəməsi kifayətdir.
Lakin siqaret çəkən birisi digərləri ilə müqayisədə ikiqat daha çox sığorta haqqqı haqqı ödənişi edəcək. Sağlamlıq problemi olanlar isə 3 dəfə və ya daha artıq sığorta haqqı ödəniş etməli ola bilərlər. Və yaxud ödəniləcək sığorta məbləği azaldıla da bilər.
7. Sizin üçün ən optimal sığorta paketini seçmək çətin olmamalıdır. Həyat sığortasını detallı şəkildə araşdırdığımız zaman əsas məsələ sığortanın mürəkkəbliyindən daha çox onun verə biləcəyi imkanları düzgün dəyərləndirməkdir. Bir çox hallarda ailələr çalışırlar ki, kifayət həcmdə həyat sığorta paketi əldə etsinlər ki, gələcəkdə ailə üzvləri müxtəlif maddi çətinliklərlə üzləşməsinlər.
Buna görə də, bu sadə və effektiv strategiyanı nəzərə almaq lazımdır ki, bizim ailəmizin nə qədər həyat sığortasına ehtiyacı olduğunu əvvəlcədən bilək.
8. Başqa birinin yardımını siz olmadığınız zaman təmin etmək. Bir çox alətlər var ki, sizin ehtiyacınız olan sığorta paketi üçün nə qədər ödəməli olduğunuzu bilməyə yardımçı olsun. Ancaq bundan əvvəl məsləhət görülür ki, sizə ilkin müraciətdən tutmuş anderraytinq prosesində yardımçı olacaq sığorta mütəxəssisi ilə əlaqə saxlayasınız.
9. Anderraytinqə və həyat sığortası üzrə ərizə formalarında qeyd olunan suallara doğru cavab verin.
Sığorta şirkətlərində sığorta haqqı məbləği sizin məhsulu hansı satış kanalı vasitəsilə almağınızdan asılı olmayaraq dəyişmir. Anderraytinq, prosesin ən uzun hissəsi olsa belə, sığorta şirkəti sizin keçmiş və mövcud sağlamlıq durumunuzu, valideynlərinizin və bacı qardaşlarınızın sağlamlıq durumu və digər bəzi suallarla sizin mümkün risklərinizi ölçür. Verilən suallara və ərizə formalarında qeyd olunan suallara dorğu cavab verin. Əks halda sığorta hadisəsi baş verən zaman sığorta şirkəti ödəniş etməkdən imtina edə bilər.
10. Həyat sığortanızı ləğv edərkən düzgün seçim edin ki, nəticədə pul itkisi olmasın.
Əgər sizin aldığınız məhsul sizə uyğun deyilsə və ya artıq ona ehtiyacınız yoxdursa, bu zaman bundan sonrakı mərhələdə çox diqqətli addım atmağınız önəmlidir. Əgər siz hiss etsəniz ki, sizin tələblərənizə uyğun olmayan məhsul üçün çox sığorta haqqı ödəmisiniz, lakin sizin hələ də həyat sığortanısna ehtiyacınız var, bu zaman yanlış müqaviləni yenisi ilə əvəz edənə qədər ləğv etməyin. Cünki, siz bunu ləğv etdiyiniz anda sağlamlığınızla bağlı hər hansı problem olduğunu öyrənə bilərsiz. Hansı ki bu problem sizin yeni müqaviləniz üçün son ola bilər. Bunun fonunda şirkət sizə hər hansı təminat almanız üçün imtina da verə bilər.
Bundan başqa, əgər sizin investisiya təyinatlı həyat sığortası məhsulu üzrə müqaviləniz varsa siz bu müqaviləyə xitam verməzdən əvvəl düşünməlisiniz. Xitam verdiyiniz halda vergilər və digər komissiyalar hesablanaraq yığılan vəsaitindən çıxılacaq. Bu isə pul itkisinə gətirib çıxaracaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
2 gün sonra
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
- 1 gün sonra
-
11 d. əvvəl
Azərbaycanda idmançılara xüsusi paralimpiya təqaüdü veriləcək
-
- 21 d. əvvəl
- 24 d. əvvəl
-
45 d. əvvəl
Tez-tez tenderlərdə qalib olan şirkət 17,5 milyon gəlirdən 350 min mənfəət açıqladı
- 54 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan istehsalı “Olivea” zeytun yağı Londonda nüfuzlu müsabiqədə gümüş medala layiq görülüb
-
14 saat əvvəl
“Xəstələrdən əlavə ödəniş tələbi cinayət tərkibi daşıyır” - TƏBİB-in direktoru
-
14 saat əvvəl
Çin şirkətləri ilə enerji saxlanc sistemlərinin tətbiqi sahəsində əməkdaşlıq müzakirə edilib
-
15 saat əvvəl
"Kapital Bank”ın 50 milyon manatlıq istiqrazlarına 39 investor maraq göstərib
![AzVak-da paylaşılan iş elanlarına 10 minlərlə baxış olur](/storage/thumbnail/thumbnail/cdn/2024/may/03/Azerbaycanda_vakansiyalar.png)
AzVak-da paylaşılan iş elanlarına 10 minlərlə baxış olur
![Rəsmi məzənnələr açıqlandı](/storage/thumbnail/thumbnail/cdn/2024/iyun/28/pul178312346-612x612.jpg)
Rəsmi məzənnələr açıqlandı
![Azərbaycan neftinin son qiyməti](/storage/thumbnail/thumbnail/cdn/2024/iyun/27/socar-hesabat-2023/neft.jpg)
Azərbaycan neftinin son qiyməti
![Bu gün İranda prezident seçkiləri keçiriləcək](/storage/thumbnail/thumbnail/cdn/2024/iyun/28/iran-secki.jpg)
Bu gün İranda prezident seçkiləri keçiriləcək
![Azərbaycan istehsalı “Olivea” zeytun yağı Londonda nüfuzlu müsabiqədə gümüş medala layiq görülüb](/storage/thumbnail/thumbnail/cdn/2024/iyun/22/olivea-zeytun-yağı.jpg)
Azərbaycan istehsalı “Olivea” zeytun yağı Londonda nüfuzlu müsabiqədə gümüş medala layiq görülüb
Ən çox oxunanlar
![Çin şirkətləri ilə enerji saxlanc sistemlərinin tətbiqi sahəsində əməkdaşlıq müzakirə edilib](/storage/thumbnail/thumbnail/cdn/2024/iyun/22/csg.jpg)
Çin şirkətləri ilə enerji saxlanc sistemlərinin tətbiqi sahəsində əməkdaşlıq müzakirə edilib
![Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar](/storage/thumbnail/thumbnail/cdn/2024/iyun/22/imza.jpg)
Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar
![Sabahın rəsmi məzənnəsi müəyyən olunub](/storage/thumbnail/thumbnail/cdn/2024/may/16/dollar_naxis.jpg)
Sabahın rəsmi məzənnəsi müəyyən olunub
![SOCAR-ın İsveçrə və Türkiyədə gəliri kəskin azalıb](/storage/thumbnail/thumbnail/cdn/2024/iyun/22/socar37f633_850.jpg)