25 yaşlı Çıraq -103 milyon ton neft hasil edilib
Noyabrın 7-si Azəri-Çıraq-Günəşlinin (AÇG) hasilata başladığı ilk platformadan - Çıraqdan, ilk neftin əldə olunmasının 25 ili tamam olur.
Bu münasibətlə bp-nin yaydığı məlumatda bildirilir:
"Bu mühüm hadisənin rəsmi olaraq qeyd olunması isə Azərbaycanın mərhum prezidenti ümummilli lider Heydər Əliyevin 1997-ci il oktyabrın 27-də imzaladığı fərmana əsasən 1997-ci il noyabrın 12-də baş verib.
Xəzər dənizinin Azərbaycan sektorundakı AÇG yataqlarının birgə işlənməsi üçün ölkə tarixində ilk dəfə olaraq bağlanmış Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) çərçivəsində hasilatın başlanması Azərbaycanın yeni müstəqil neft strategiyasının həyata keçməyə başladığını göstərən tarixi bir hadisə idi. AÇG üzrə ilk neftin hələ müqavilə bağlanmamışdan əvvəl SOCAR tərəfindən tikilmiş Çıraq platformasından əldə edilməsi də özlüyündə rəmzi bir məna kəsb edirdi. Bu həm də onu bildirirdi ki, AÇG-nin qazandığı bütün uğurların arxasında iki əsas faktor dayanır – etibarlı tərəfdaşlıq və faydalı əməkdaşlıq.
O vaxtdan bəri Çıraq platforması ümumilikdə təqribən 766 milyon barel (103 milyon ton) neft hasil edilib ki, bu da AÇG-nin ümumi hasilatının təxminən beşdə biri qədərdir. Çıraq ilkin olaraq 7 illik istismar üçün planlaşdırılmışdı, lakin peşəkar işçi heyətinin əla iş icrası, yüksək ixtisas bilikləri, texnoloji bacarıqları və qətiyyəti sayəsində bu platforma hələ də AÇG layihəsinin yeni platformaları ilə yanaşı əməyin təhlükəsizliyi üzrə ən yüksək beynəlxalq standartlara uyğun, həmçinin yüksək əməliyyat səmərəliliyi və etibarlılıq göstəriciləri ilə istismardadır və hələ uzun illər boyunca da işləyəcək.
AÇG-nin operatoru olan bp şirkəti o vaxtdan bəri bu yataqlarda 5 əlavə hasilat platforması inşa edib və onları təhlükəsiz və etibarlı şəkildə istismar etməkdədir. Bu platformalardan indiyədək ümumilikdə 3,4 milyard bareldən artıq (təqribən 460 milyon ton), Çıraqla birlikdə isə 4,2 milyard barel (562 milyon ton) neft hasil edilib ki, bu da ilk növbədə Azərbaycan xalqının və AÇG tərəfdaşlarının, eləcə də regionun mənafeyinə xidmət edib.
bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda hasilat üzrə vitse-prezidenti Elxan Məmmədov: “Çıraq platformasından 1997-ci ilin noyabr ayında ilk neftin əldə edilməsi günü əslində Azərbaycanın yeni neft strategiyasının əməli işdə başlandığının simvolik tarixidir. AÇG yatağından hasilat bu platformadan başlanmış və yeni inşa olunmuş daha böyük və daha müasir platformalar istirmara verilənədək, yəni 2005-ci ilədək, yataqdan yeganə hasilat və ixrac mənbəyi olmuşdur. Bu gün də Çıraq bizim AÇG-dəki altı hasilat platformasından biridir və hələ uzun müddət belə də olacaq. Fəxr edirik ki, 25 illiyini qeyd edən Çıraqda hazırda çalışan 60 bp işçisinin hamısı dünya səviyyəli yerli mütəxəssislərdir və platformanın növbəli işləyən hər iki rəhbəri də Azərbaycan vətəndaşlarıdır.”
AÇG-dən hasil olunmuş neft dünya bazarlarına əsasən Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasitəsilə ixrac olunur.
Bu boru kəməri ən mürəkkəb mühəndislik layihəsi olaraq Azərbaycanı birbaşa dünya bazarları ilə bağlayan bir ixrac marşrutu kimi inşa olunub. BTC indiyədək tam təhlükəsiz, etibarlı və ətraf mühitin qorunması tələblərinə uyğun çalışaraq Azərbaycana və bu regiona əhəmiyyətli əlavə faydalar gətirməkdə davam edir. Bu boru kəməri həm də bir strateji obyekt kimi Azərbaycan, Gürcüstan və Türkiyə ilə Qərb arasında iqtisadi və siyasi əlaqələrin möhkəmlənməsinə xidmət edir.
Bu günədək BTC boru kəməri vasitəsilə Azərbaycandan təqribən 3,9 milyard barel xam neft nəql edilib və bu neft 5163 tankerə yüklənərək dünya bazarlarına göndərilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
16 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
14 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
1 gün əvvəl
"2017-ci ilin aprelindən 1 dollar 1,7 manatdır və belə də olmağa davam edəcək"
- 1 gün əvvəl
-
1 gün əvvəl
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
-
1 gün əvvəl
Hörmüz planı təhlükədə — Trampın təklifi rədd etdiyi bildirilir
- 1 gün əvvəl
-
1 gün əvvəl
AIIF 2026 başa çatdı – 10,8 milyard dollarlıq layihələr üçün razılaşmalar əldə olundu
-
1 gün əvvəl
Azərbaycan nəhəng infrastruktur investoru ilə yeni layihələri müzakirə etdi
-
1 gün əvvəl
Orta Kür hövzəsində böyük enerji layihəsi – SOCAR və ExxonMobil payları 50/50 bölüşdürəcək
-
1 gün əvvəl
Emin Ağalarov: “Sea Breeze”də nəzərdə tutulanların 85–90%-i hələ qabaqdadır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
SOCAR İtaliya millisinin Baş Qlobal Enerji Sponsoru olacaq
AIIF 2026 başa çatdı – 10,8 milyard dollarlıq layihələr üçün razılaşmalar əldə olundu
Ən çox oxunanlar
Orta Kür hövzəsində böyük enerji layihəsi – SOCAR və ExxonMobil payları 50/50 bölüşdürəcək





























