Dövlət şirkəti karqo xidmətini istifadəyə verdi - Rayonlara çatdırılmada əlavə ödəniş tələb olunmur
Bu günədək universal poçt xidmətləri göstərən “Azərpoçt” MMC klassik biznes profilini genişləndirərək karqo xidmətini istifadəyə verib.
Şirkətdən Marja-ya daxil olmuş məlumatda bildirilir ki, vətəndaşların tələbatına əsasən yaradılmış “Post Cargo” xidməti ilə Türkiyənin elektron ticarət platformalarından sifarişlərin ünvana çatdırılması indi daha sərfəli tariflərlə mümkün olacaq.
1500-dək şöbəsi ilə bütün ölkəni əhatə edən “Azərpoçt”un yeni xidməti sayəsində artıq ən ucqar kənd və qəsəbələrin sakinləri də Türkiyənin onlayn alış-veriş saytlarından məhsulları rahat əldə edə biləcəklər. Belə ki, “Post Cargo” istifadəçilərindən sifarişlərin rayonlara çatdırılması üçün əlavə ödəniş tələb olunmur.
Müştərilərin rahat alış-veriş etmələri üçün “Post Cargo” xidmətinin mobil tətbiqi də istifadəyə verilib.
Qeyd edək ki, “Azərpoçt”un yeni xidməti ilə yaxın zamanda Amerika Birləşmiş Ştatları, Almaniya və digər ölkələrin elektron ticarət platformalarından da alış-veriş mümkün olacaq.
Maraqlananlar ətraflı məlumat üçün xidmətin https://www.postcargo.az veb-səhifəsinə daxil ola, mobil cihazlar üçün tətbiqi isə “Apple Store” və “Play Store”dan “postcargo” adı ilə axtarış edərək yükləyə bilərlər.
Vurğulanıb ki, “Azərpoçt” biznes mühitində rəqabətliliyin inkişafı üçün bütün ölkəni əhatə edən poçt şəbəkəsindən digər sahibkarların da faydalanması üçün şərait yaradır. Qurum artıq uzun müddətdir ki, 5 karqo şirkəti ilə əməkdaşlıq edir və bunu davam etdirməyi planlaşdırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 saat əvvəl
ABŞ iqtisadiyyatı birinci rübdə proqnozdan aşağı böyüyüb - BAZARLARDA NARAHATLIQ ARTIB
-
3 saat əvvəl
Dünyanın ən böyük mikroçip istehsalçılarından biri olan İntel zərər açıqlayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
“GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
-
4 saat əvvəl
BOKT “Falcon Finance” böyüyüb, xalis mənfəəti 15 dəfəyə yaxın artıb
- 14 saat əvvəl
-
14 saat əvvəl
Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi
- 14 saat əvvəl
-
15 saat əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi
-
15 saat əvvəl
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı
- 15 saat əvvəl