“Şəki-Oğuz” aqropark 100 milyon manata yaxın xərclənərək yaradılıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də Oğuz rayonunda “Aqroinkişaf 2017” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) “Şəki-Oğuz” Aqroparkında yaradılan şəraitlə tanış olub.
“Aqroinkişaf 2017” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Ruslan Sadıxov dövlətimizin başçısına Aqroparkın fəaliyyəti barədə məlumat verib.
Qeyd edildi ki, Şəki rayonunun ərazisində 9700 hektar və Oğuz rayonunun ərazisində 1300 hektar olmaqla, ümumilikdə 11 min hektar sahədə yaradılmış Aqropark bağçılıq və əkinçilik üzrə fəaliyyət göstərir. Burada əsasən qoz, badam və zeytun bağları salınır və taxıl bitkiləri əkilir. Layihənin ümumi dəyəri 30 milyon manatdır. Zəruri infrastrukturun yaradılmasına 67,8 milyon manat dövlət əsaslı vəsaiti qoyulmuşdur.
Bildirilib ki, 2017-ci ildən başlayaraq “Aqroinkişaf 2017” MMC tərəfindən Azərbaycanda sənaye üsulu ilə qoz istehsalını həyata keçirmək üçün ABŞ-ın fermer təsərrüfatlarının və Avstraliyanın “Webster” şirkətinin təcrübəsi əsas götürülüb. Aqroparkda 2 min hektar ərazidə damcı suvarma sistemi qurulub, 3 meteostansiya, ofis binaları, fitolaboratoriya, ting istehsalı üçün soyuducu kameralar, mexanizasiya sahələri və anbarlar tikilib.
Prezident İlham Əliyevə Aqroparkda yetişdirilən məhsullar təqdim olunub.
Diqqətə çatdırılıb ki, ərazidə min hektarlıq badam bağının salınması işlərinə başlanılıb. Hazırda 4 badam növü üzrə 160 hektar bağ salınıb və onun ilin sonunadək 300 hektara çatdırılması nəzərdə tutulub. Bu il ilk dəfə olaraq “AzBadam” şirkətinə 1,2 ton məhsul satılıb.
Hazırda 2 zeytun növü üzrə 225 hektardan çox zeytun bağları salınıb və onun 300 hektara çatdırılması nəzərdə tutulub. “Zirə Zeytun” şirkətinə ilk olaraq 2,6 ton zeytun satılıb. Burada kiçikhəcmli zeytun yağı emalı sahəsinin yaradılması nəzərdə tutulub.
Məlumat verilib ki, 9 min hektar sahədə yüksəkkeyfiyyətli buğda istehsalı təşkil edilib, 30 min tonluq silos qurğuları tikilib və lazımi infrastruktur qurulub. Görülən aqrotexniki tədbirlər nəticəsində hektardan orta məhsuldarlıq 1,5 ton, ayrı-ayrı hallarda 4 ton təşkil edib. Təsərrüfatı yüksəkkeyfiyyətli toxumla təmin etmək üçün ildə 2 min tona yaxın toxum yetişdirilərək emal olunur.
Hazırda 160 nəfər daimi və 200 nəfər mövsümi iş yerlərinə cəlb edilib. Təsərrüfat GPS qurğuları quraşdırılmış 31 traktor, 4 kombayn, müasir tipli 4 çiləyici, 55 müxtəlif qoşqu və avadanlıqlarla təmin olunub.
Dövlətimizin başçısı Aqroparkın ərazisində ağac əkdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 34 d. əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
-
1 saat əvvəl
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
-
2 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
“İvanovka Süd Məhsulları” rəqiblərindən şikayət edib - Şirkətin müraciətilə 2 şirkətə və 1 sahibkara göstəriş verilib
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
Azərbaycan neftinin son qiyməti
Turanbank böyüyüb, əməliyyat gəlirləri artıb
Ən çox oxunanlar
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
22 bank mənfəət açıqladı - SİYAHI
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub















