Gələn ilin buraxılış və qəbul imtahanların tarixləri açıqlandı - QRAFİK
2023-cü ildə keçiriləcək buraxılış və qəbul imtahanların tarixləri açıqlanıb.
Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
2023-cü ildə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilməsi nəzərdə tutulan buraxılış imtahanları, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanları, rezidentura və magistraturaya qəbul, həmçinin sınaq imtahanlarının tarixləri elan olunub.
2023-cü ildə tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları 5 və 12 mart, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları isə 9, 16 və 30 aprel tarixlərində keçiriləcək.
İmtahan iştirakçılarının nəzərinə çatdırırıq ki, ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyələri üzrə buraxılış, həmçinin qəbul imtahanı proqramlarında olan dəyişikliklər 3 noyabr 2022-ci ildə ictimaiyyətə təqdim olunub və Mərkəzin saytına yerləşdirilib. Buraxılış imtahanı proqramlarının tam mətni yaxın günlərdə “Abituriyent” jurnalının xüsusi buraxılışlarında dərc olunacaq. Qəbul imtahanı proqramları isə “Abituriyent” jurnalının 1-ci nömrəsində dərc olunacaq.
Ali təhsil müəssisələrinə III ixtisas qrupu üzrə qəbul imtahanının birinci cəhdi mayın 20-də, II ixtisas qrupu üzrə mayın 21-də, IV ixtisas qrupu üzrə iyunun 3-də, I ixtisas qrupu üzrə iyunun 4-də keçiriləcək. İmtahanların ikinci cəhdi III ixtisas qrupu üzrə 8 iyul, II ixtisas qrupu üzrə 9 iyul, I ixtisas qrupu üzrə 22 iyul, IV ixtisas qrupu üzrə isə 23 iyulda keçiriləcək.
Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə uyğun sınaq imtahanı (I, II, III və IV qrup) fevralın 12-də, magistraturaya qəbul imtahanına uyğun sınaq imtahanı isə yanvarın 29-da keçiriləcək.
Digər imtahanların qrafiki ilə aşağıdakı cədvəldə tanış ola bilərsiniz.
İmtahanların qrafiki Mərkəzin saytının “Təqvim” bölməsinə də əlavə edilib. Vətəndaşlara saytın bu bölməsini mütəmadi olaraq izləməyi tövsiyə edirik. İştirakçıların nəzərinə çatdırırıq ki, imtahanların qrafikində respublikamızda sanitar-epidemioloji vəziyyətdən və digər hallardan asılı olaraq dəyişiklik edilə bilər. İmtahan tarixləri ilə bağlı hər hansı dəyişiklik olarsa, bununla bağlı ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.
İmtahanın adı | Tarix |
Magistraturaya qəbul imtahanına uyğun sınaq imtahanı | 29 yanvar |
Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə uyğun sınaq imtahanı (I, II, III və IV qrup) | 12 fevral |
III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə sınaq imtahanı | 19 fevral |
I qrup üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni üzrə sınaq imtahanı | 19 fevral |
Magistratura səviyyəsinə qəbul imtahanı (I cəhd) | 19 fevral |
| 5 mart |
| 12 mart |
Peşə liseylərinin məzunları üçün Azərbaycan dili (dövlət dili kimi) imtahanı | 13 mart |
• Əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı; • Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı (11 illik); • Qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı (11 illik); • Mart ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı; • Eksternat qaydasında XI sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı; | 2 aprel |
Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı – I zona | 9 aprel |
Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı – II zona | 16 aprel |
Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı – III zona | 30 aprel |
Azərbaycan dili imtahanı (dövlət dili kimi, 9 və 11-ci sinif, cari və əvvəlki illərin məzunları üçün (1-ci cəhd)) | 7 may |
• əvvəlki illərin məzunları üçün 9 illik təhsil bazasında kolleclərə qəbul imtahanı; • kolleclərin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı (9 illik); • müsabiqədə buraxılış imtahanında verdiyi dildən (bölmədən) fərqli bölmə üzrə iştirak etmək istəyənlər üçün əlavə imtahan (9 illik); • Aprel ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin IX sinif şagirdləri üçün buraxılış imtahanı; • eksternat qaydasında imtahan verənlər üçün buraxılış imtahanı (9 illik) | 14 may |
Rezidentura səviyyəsinə qəbul imtahanı (1-ci mərhələ, I cəhd) | 14 may |
QƏBUL İMTAHANI – III ixtisas qrupu üzrə (1-ci cəhd) | 20 may |
QƏBUL İMTAHANI – II ixtisas qrupu üzrə (1-ci cəhd) | 21 may |
III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan | 21 may |
I qrup üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni üzrə əlavə imtahan | 3 iyun |
QƏBUL İMTAHANI – IV ixtisas qrupu üzrə (1-ci cəhd) | 3 iyun |
QƏBUL İMTAHANI – I ixtisas qrupu üzrə (1-ci cəhd) | 4 iyun |
Magistratura səviyyəsinə qəbul imtahanı (2-ci cəhd) | 11 iyun |
Azərbaycan dili imtahanı (dövlət dili kimi, 9 və 11-ci sinif, cari və əvvəlki il məzunları üçün (2-ci cəhd)) | 18 iyun |
QƏBUL İMTAHANI – III ixtisas qrupu üzrə (2-ci cəhd) | 8 iyul |
QƏBUL İMTAHANI – II ixtisas qrupu üzrə (2-ci cəhd) | 9 iyul |
III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan | 9 iyul |
Rezidentura səviyyəsinə qəbul imtahanı (1-ci mərhələ, II cəhd) | 16 iyul |
QƏBUL İMTAHANI – I ixtisas qrupu üzrə (2-ci cəhd) | 22 iyul |
QƏBUL İMTAHANI – IV ixtisas qrupu üzrə (2-ci cəhd) | 23 iyul |
I qrup üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni üzrə əlavə imtahan | 23 iyul |
Rezidentura səviyyəsinə qəbul imtahanı (2-ci mərhələ) | 13 avqust
|
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
18 d. əvvəl
Xarici İşlər Nazirliyi: İran Naxçıvana dron hücumu edib, 2 mülki şəxs xəsarət alıb
-
-
25 d. əvvəl
Kənd təsərrüfatında güzəştli maliyyələşdirmə barədə bir sıra məsələlər tənzimlənəcək - FƏRMAN
-
27 d. əvvəl
Martın 5-də gözlənilən hava şəraiti - Sabah Bakıda 15 dərəcə isti olacaq
- 40 d. əvvəl
- 42 d. əvvəl
-
1 saat əvvəl
Bu dəfə Ermənistana gübrə də göndərir - Qatar Biləcəridən yola düşüb
-
1 saat əvvəl
“İstək” şirkətinin vəzifəli şəxsləri 637 min manat mənimsəmədə ittiham olunur
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Səudiyyə Ərəbistanının anbarları dolur, neft hasilatını azaltmasına iki həftə qalıb"
-
1 saat əvvəl
Çindən 1990-cı illərdən bu yana ən aşağı iqtisadi artım hədəfi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
İran Naxçıvana dronla zərbələr endirib
Bu dəfə Ermənistana gübrə də göndərir - Qatar Biləcəridən yola düşüb
Ən çox oxunanlar
Azərbaycanda "ƏDV geri al" mexanizmi tam avtomatlaşdırılır
"Səudiyyə Ərəbistanının anbarları dolur, neft hasilatını azaltmasına iki həftə qalıb"
Çindən 1990-cı illərdən bu yana ən aşağı iqtisadi artım hədəfi
Azərbaycanın pizza restoranları şəbəkəsi biznesin genişləndirilməsi üçün 4 milyon manat kredit alır
HONOR Azərbaycanda ikinci rəsmi mağazasını və ilk servis mərkəzini açdı - FOTO/VİDEO
Bu qırmızı dayanmaq üçün deyil, cəmi 4 günlük fürsəti tutmaq üçündür
Yaxın Şərqdə münaqişənin kəskinləşməsi və Dollarının zəifləməsi fonunda qızılın qiyməti yüksəlib






















