Apelyasiya instansiyası məhkəmələrinə yeni hakimlər təyin edilir
Apelyasiya instansiyası məhkəmələrinə yeni hakimlər təyin edilir.
Bu barədə məsələlər bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
“Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında” layihəyə əsasən, hakimlik səlahiyyətinin müddəti 2023-cü il yanvarın 2-də başa çatan İlham Məmməd oğlu Cəfərov həmin tarixdən Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin ediləcək.
Aşağıdakı hakimlər vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin hakimləri təyin ediləcəklər:
- Allahverdiyev Elbəy Hidayət oğlu – Bakı Hərbi Məhkəməsinin hakimi;
- Hüseynov Pərviz Aktiv oğlu – Bakı İnzibati Məhkəməsinin hakimi;
- Qasımov Fərrux Hüseynağa oğlu – Bakı Kommersiya Məhkəməsinin hakimi;
- Abdıyev Fuad Vilayət oğlu – Bakı şəhər Binəqədi rayon məhkəməsinin hakimi;
- Rüstəmli Məhəmməd Əli oğlu - Bakı şəhər Binəqədi rayon məhkəməsinin hakimi;
- Bəhramzadə Sabiq Xanlar oğlu - Bakı şəhər Xəzər rayon məhkəməsinin hakimi;
- Musayeva Cəmilə Ceyhun qızı - Bakı şəhər Nəsimi rayon məhkəməsinin hakimi;
- Səmədov Rəşid Əfraim oğlu- Bakı şəhər Nəsimi rayon məhkəməsinin hakimi;
- İbrahimov Anar Firdovsi oğlu - Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi;
- Axundova Günay Təyar qızı - Bakı şəhər Yasamal rayon məhkəməsinin hakimi;
- Əyyubov Fərid İlham oğlu - Bakı şəhər Yasamal rayon məhkəməsinin hakimi.
Vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar aşağıdakı hakimlər Bakı Apellyasiya Məhkəməsi hakimləri vəzifəsindən azad ediləcəklər:
- Kərimli İlham Əziz oğlu
- Qasımov Faiq Adil oğlu
- Məhərrəmova Şeyda Ədalət qızı.
“Gəncə Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” layihəyə görə,
Şirvan Apellyasiya Məhkəməsinin hakimi Rafiq Musa oğlu Cəfərovun həmin məhkəmənin vəzifəsindən azad edilərək Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin ediləcək. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Nural Turab oğlu Əliyevin vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin ediləcək.
“Sumqayıt Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında” layihəyə əsasən, Şəki Apelyasiya Məhkəməsinin hakimi Ayaz Akif oğlu Mahmudovun həmin məhkəmənin hakimi vəzifəsindən azad edilərək Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin ediləcək. Aşağıdakı hakimlər vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin hakimləri təyin olunacaqlar:
- Rəhimli Lalə Elxan qızı – Bakı şəhər Xətai rayon məhkəməsinin hakimi;
- Cabbarova Gülnar İnqilab qızı - Bakı şəhər Qaradağ rayon məhkəməsinin hakimi;
- İsmayılov Azər İbrahim oğlu - Sumqayıt şəhər məhkəməsinin hakimi;
- Süleymanova Almaz Məhərrəm qızı - Sumqayıt şəhər məhkəməsinin hakimi;
Vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar aşağıdakı hakimlər Sumqayıt Apellyasiya Məhkəməsinin hakimləri vəzifəsindən azad ediləcəklər:
- Quliyev Telman Osman oğlu (Mülki Kollegiyanın sədri);
- Tağızadə Gülnarə Fikrət qızı.
“Şəki Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında” layihəyə əsasən, aşağıdakı hakimlər vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin hakimləri təyin ediləcəklər:
- Səmədov Xaqani Hacı oğlu – Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi;
- Mehdiyev Elçin Məhəmməd oğlu – Şəki rayon Məhkəməsinin hakimi
Həmçinin, layihəyə görə, Gündüz Qasım oğlu Abbasov vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad ediləcək.
“Şirvan Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında” layihəyə görə, Gəncə Apellyasiya Məhkəməsinin hakimi Elçin İsgəndər oğlu Xasmməmmədov həmin məhkəmənin hakimi vəzifəsindən azad edilərək Şirvan Apellyasiya Məhkəməsinin hakimi təyin ediləcək.
Aşağıdakı hakimlər vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin hakimləri təyin ediləcəklər:
- Həsənov Samir Firdusi oğlu – Şirvan İnzibati Məhkəməsinin hakimi;
- Əhmədov Pərviz Tərlan oğlu – Biləsuvar rayon Məhkəməsinin hakimi;
- İmanov Cahid Fehruz oğlu – Şəki Rayon Məhkəməsinin hakimi;
Həmçinin, layihəyə əsasən, vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar aşağıdakı hakimlərin Şirvan Apellyasiya Məhkəməsinin hakimləri vəzifəsindən azad ediləcəklər:
- Mirzəyev Nüsrət Fətulla oğlu
- Zeynalov Zeynal Ağabala oğlu.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
19 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
17 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
1 gün əvvəl
"2017-ci ilin aprelindən 1 dollar 1,7 manatdır və belə də olmağa davam edəcək"
- 1 gün əvvəl
-
1 gün əvvəl
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
-
1 gün əvvəl
Hörmüz planı təhlükədə — Trampın təklifi rədd etdiyi bildirilir
- 1 gün əvvəl
-
1 gün əvvəl
AIIF 2026 başa çatdı – 10,8 milyard dollarlıq layihələr üçün razılaşmalar əldə olundu
-
1 gün əvvəl
Azərbaycan nəhəng infrastruktur investoru ilə yeni layihələri müzakirə etdi
-
1 gün əvvəl
Orta Kür hövzəsində böyük enerji layihəsi – SOCAR və ExxonMobil payları 50/50 bölüşdürəcək
-
1 gün əvvəl
Emin Ağalarov: “Sea Breeze”də nəzərdə tutulanların 85–90%-i hələ qabaqdadır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
SOCAR İtaliya millisinin Baş Qlobal Enerji Sponsoru olacaq
AIIF 2026 başa çatdı – 10,8 milyard dollarlıq layihələr üçün razılaşmalar əldə olundu
Ən çox oxunanlar
Orta Kür hövzəsində böyük enerji layihəsi – SOCAR və ExxonMobil payları 50/50 bölüşdürəcək






























