Faizlərin hesablanması dayandırılacaq, əmlak siyahıya alınmayacaq
Ləğv prosesində olan kredit təşkilatlarının sabit vergi xərcləri azaldılacaq2023-cü il üçün Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklərdən biri də ləğv prosesində olan kredit təşkilatlarının vergi xərclərinin azaldılması ilə bağlıdır.
Dövlət Vergi Xidmətinin yaydığı məlumatda bildirilir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müflis elan olunmuş kredit təşkilatlarının əmlak və torpaq vergilərindən azad edilməsi, vergi borclarına faizlərin hesablanmasının dayandırılması və vergi borcu ilə bağlı əmlakının siyahıya alınmaması nəzərdə tutulur. Eyni zamanda, ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi, habelə bankın iflas proseduru çərçivəsində aktivlərinin təqdim olunmasının ƏDV-dən azad edilməsi müddəti 2026-cı il yanvarın 1-dək uzadılır.
Məlum olduğu kimi, Vergi Məcəlləsinin tələblərinə əsasən, vergilər müəyyən edilmiş müddətdə ödənilmədikdə vergi ödəyicisinə ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün faizlərin hesablanması həyata keçirilir, habelə vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alınır.
Lakin Vergi Məcəlləsində müəssisənin ləğvetmə prosesində olduğu zaman onun vergilərin ödənilməsinin təxirə salınması və ya faizlərin hesablanmasının dayandırılması ilə bağlı hər hansı müddəa nəzərdə tutulmayıb. Bu baxımdan, ləğv prosesində olan kredit təşkilatlarının vergi öhdəliklərinin yerinə yetirilməsi üzrə inzibatçılığın sadələşdirilməsi məqsədilə Vergi Məcəlləsinə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müflis elan olunmuş kredit təşkilatlarının ödəmə müddəti ötmüş vergi öhdəliklərinə faizlərin hesablanmasının dayandırılması və onların əmlakının siyahıya alınmaması ilə bağlı müddəalar daxil edilib. Bununla yanaşı, kredit təşkilatının müflis olması prosesi zamanı əmlak və torpaq vergisinin hesablanmasının iqtisadi baxımdan səmərəsiz olduğu nəzərə alınaraq, kredit təşkilatları müflis elan olunması ilə bağlı məhkəmə qərarının qüvvəyə mindiyi aydan (ildən) etibarən əmlak və torpaq vergilərindən azad edilib.
Bundan əlavə, ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirlərinin davam etdiyi nəzərə alınaraq, bu tədbirlər çərçivəsində qeyri-işlək (toksik) aktivlərin təqdim olunmasının ƏDV-dən azad edilməsi ilə bağlı güzəştin müddəti daha 4 il müddətinə uzadılıb.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 1 saat sonra
- 7 saat əvvəl
-
8 saat əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 9 saat əvvəl
-
10 saat əvvəl
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Dünya Bankından Azərbaycana yeni kredit – bu magistral yol yenidən qurulacaq
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Ən çox oxunanlar
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ağdam Sənaye Parkında yeni şirkət - 14,2 milyon manatlıq layihə
Maliyyə nazirinin 1-ci müavini ABB-nin rəhbərliyinə gətirilib




























