“MKT İK” MMC kənd orta məktəbini şagirdləri üçün yeni il şənliyi keçirib
(®) Uşaqlar gələcəyimizdir. Gələcəyimizin sağlam təməllər üzərində qurulması üçün yeni nəsillərin sağlam ruhda böyüməsi gərəkməkdədir.
“MKT İK” MMC-nin növbəti tədbiri də məhz gələcəyimiz olan uşaqları hədəf almışdır. Şirkət komandası 23 dekabr tarixində Ağcabədi rayonunun pambıqçılıqla məşğul olan, ən yüksək məhsuldarlığa sahib Salmabəyli kənd orta məktəbində ibtidai sinif şagirdləri üçün “Uşaqlara sevinc bəxş et” şüarı altıda yeni il şənliyi keçirmişdir. Uşaqlara bayram sevinci yaşatmaq üçün Şaxta Baba və animatorların iştirakı ilə əyləncə tərtib edilmişdir.Tədbirə xüsusi hazırlaşan şagirdlər tamaşalar nümayiş etdirmiş, şeirlər və nəğmələr oxumuşdur. Daha sonra Şaxta Baba uşaqlara yeni il hədiyyələri təqdim etmiş və uşaqlara ən dərin arzularını çatdırmışdır.
Yeni ildə 160-dan çox uşağın arzularının gerçəkləşməsini görmək bizi, valideynləri və məktəb heyətini sevindirmişdir. Gələcəkdə də bu tip tədbirlərin keçirilməsi və daha çox uşağın sevincinin bir parçası olmaq “MKT İK” MMC-nin başlıca hədəflərindən biridir.
Qeyd etmək istərdik ki, 2021 mövsümündə “MKT İK” MMC 45,7 min ha sahədən 29 s/ha xam pambıq istehsal etmişdir. 2021-2022-ci ilin bütün ayları üzrə “MKT İstehsalat Kommersiya” MMC qeyri-dövlət və qeyri-neft ixracatçı subyektlərin reytinqində birinci yerdə qərarlaşmışdır. Hal-hazırda müəssisədə işçi sayısı 3200 nəfərdən çoxdur və regionlarda 23 filialı fəaliyyət göstərməkdədir.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 2 saat sonra
- 6 saat əvvəl
-
7 saat əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 8 saat əvvəl
-
9 saat əvvəl
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Dünya Bankından Azərbaycana yeni kredit – bu magistral yol yenidən qurulacaq
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Ən çox oxunanlar
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ağdam Sənaye Parkında yeni şirkət - 14,2 milyon manatlıq layihə
Maliyyə nazirinin 1-ci müavini ABB-nin rəhbərliyinə gətirilib


























