Azərbaycanda yeni vençur fondu yaradılacaq
Daha bir vençur fondunun yaradılması nəzərdə tutulur.
Bunu “Alternativ maliyyə bazarlarının Azərbaycanda inkişaf perspektivləri” mövzusunda keçirilən konfransda çıxış edərkən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyin idarə heyətinin sədri İnarə Vəliyeva deyib.
Onun sözlərinə görə, ötən il ilk belə Fondun yaradılmasına Agentlik və "Paşa Holdinq" tərəfindən hər biri 5 milyon manat, ayrı-ayrı kiçik sahibkarlar tərəfindən isə 1,3 milyon manat vəsait yatırılıb.
"Bu il yaradacağımız Fondun kapital tutumunun minimum 20 milyon dollar olacağı planlaşdırılır. Fonda investisiya yatırmaq istəyənlər Agentliyə müraciət edə bilərlər. Biz Agentlik olaraq minimum 5 milyon dollar investisiya yatırmağa hazırıq",- deyə İnarə Vəliyeva qeyd edib.
XXX
Bu il Azərbaycanda yeni vençur fondunun yaradılması nəzərdə tutulur.
Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədr müavini İnarə Vəliyeva bildirib.
Onun sözlərinə görə, fondun nizamnamə kapitalının 20 milyon manat olması planlaşdırılır.
Xatırladaq ki, Azərbaycanda ötən il yaradılmış "Caucasus Ventures" adlı vençur fondu 11 milyon manat nizamnamə kapitalına malikdir. Bunun 5 milyon manatını dövlətin adından çıxış edən nazirlik, 5 milyon manatını "PAŞA Holdinq" MMC, 1 milyon manatını isə 6 kiçik sahibkar təmin edib.
5 ilədək dəyişməz 14,5%-dən zaminsiz, komissiyasız 40 000 manatadək kredit
© "Vergiler", "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
9 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
10 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti



























