Arıçıların konfransı keçiriləcək
Fevralın 4-6-da Bakıda Azərbaycan Beynəlxalq arıçılıq konfransı keçiriləcək.
Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər ki, konfransda iştirak etmək üçün bu günə qədər 155 nəfər qeydiyyatdan keçib. Azərbaycandan olan iştirakçılar arasında arıçılarla bərabər müvafiq dövlət qurumlarının nümayəndələri, alimlər, arıçılıq sahəsi üzrə mütəxəssislər, arıçılıq layihələri həyata keçirən ictimai birliklərin nümayəndələri də var.
Yerli və xarici mütəxəssislər, o cümlədən arıçılıq birliklərinin nümayəndələri Azərbaycan arıçılarını müasir arı saxlama texnologiyaları ilə tanış edəcəklər. Türkiyədə yayımlanan “Bereket TV” kanalının çəkiliş qrupu da qonaqlar sırasındadır.
Bundan başqa, bu ilin sentyabrında İstanbulda keçiriləcək 45-ci Ümumdünya Apimondiya Konqresinin təşkilat komitəsinin və elmi şurasının sədrləri, həmçinin digər səlahiyyətli nümayəndələr konfransda iştirak edəcəklər.
Konfransda arıçılığın bütün sahələrini əhatə edən mövzular müzakirə olunacaq.
Əlavə məlumatı www.konfransari.com internet ünvanından almaq olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 21 d. əvvəl
-
32 d. əvvəl
İlham Əliyevin Berlində Almaniya Kansleri ilə geniş tərkibdə görüşü başlayıb
- 42 d. əvvəl
- 44 d. əvvəl
- 1 saat əvvəl
-
3 saat əvvəl
"Yeni iqtisadi uğurlara nail olacağımıza inanırıq" - Məmməd Musayevin çıxışı
- 3 saat əvvəl
-
3 saat əvvəl
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
- 3 saat əvvəl