Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Avropa Mərkəzi Bankı da faiz qərarını açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avropa Mərkəzi Bankı da faiz qərarını açıqladı

Avropa Mərkəzi Bankı depozit faizini mənfi  0.4%-dən mənfi 0.5%-ə endirdi. Həmçinin bank 1 Noyabrdan etibarən hər ay 20 milyard avroluq istiqraz alacağını açıqlayıb.


 

Reklam_3_11

Avropa Mərkəzi Bankı (AMB, ECB) faiz qərarını açıqldı.

 

“Marja” xəbər verir ki, Avro bölgəsində pul siyasətini aparan AMB depozit faizini 10 bənd endirərək -0,40%-dən -0,50%-ə enidirib. Beləliklə Avropada mənfi faiz daha da yüksəlib.

 

Proqnoz da faizin mənfi 0,50 faizə salınacağı istiqamətində idi.

 

AMB əsas faizi 0-da, gecəlik borc faizini də 0,25%-də saxlayıb. 

 

Avropa Mərkəzi Bankı yeni istiqraz alışı proqramına (Quantitative easing - kəmiyyət yumuşaldılması) başlayacağını açıqlayıb. Bank 1 Noyabrdan etibarən hər ay 20 milyard avroluq istiqraz alacaq.

 

Bank istiqraz alışlarının lazım olduğu müddətdə davam edəcəyini açıqlayıb. İnflyasiya sürətlənə qədər faiz nisbətlərinin uzun müddət mövcud səviyyələrdə və ya daha aşağı səviyyələrdə qalacağı bildirilib.

 

Qeyd edək ki, Avropada inflyasiya yüksəlmir. ABM 2% olan inflyasiya hədəfinə uzun illərdir çata bilmir. 

 

Avropada inflyasiya 2%-lik hədəfdən aşağı qalmaqla bərabər emal sektoru də tənəzzüldədir. Sənaye istehsalı İyulda 0.4% düşüb.

12.09.2019 13:45

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ