Bu gün Fed faiz qərarını açıqlayacaq - ƏGƏR FED....
ABŞ Mərkəzi Bankının (Fed) iki gün davam edən iclası bu gün başa çatacaq.
"Marja" xəbər verir ki, Fed Bakı vaxtı ilə saat 22:00-da faiz qərarını açıqlayacaqdır. Saat 22:30-da isə Fed sədri Cerom Pauelin mətbuat konfransı başlayacaqdır.
Bu gün Fed-in faizləri 25 bənd də azaldaraq 2% - 2,25% aralığından 1,75% - 2% aralığına salacağı gözlənilir.
25 bəndlik faiz endirimi ehtimalı artıq bazarlarda qiymətlərdə əks olunmuş vəziyyətdədir. İndi nəzərlər ilin qalan hissəsi üçün veriləcək mesajlarda olacaqdır. Əgər Fed daha çox faiz endirimi gözləyənlərdə məyusluq yaradarsa, Dolların daha da güclənməsi ilə yanaşı, Avro bu ilin yeni ən aşağı səviyyələrini test edə bilər.
Fed pronozdan (25 bənddən) daha çox faiz endirərsə Dollar kəskin ucuzlaşa bilər.
Fed İyul iclasında faizləri 25 bənd azaldaraq 2,25% - 2,50% aralığından 2% - 2,25% aralığına endirmişdi.
Ticarət "müharibələri" investisiyalara və istehsala mənfi təsir göstərir, qlobal iqtisadi artım yavaşlayır. Eyni zamanda, geosiyasi şərait gərgin və qeyri-müəyyəndir. Mövcud vəziyyət ABŞ iqtisadiyyatı üçün risklər yaradır. Fed qabaqlayıcı tədbir olaraq faizləri aşağı salmağa başlayıb.
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
ABŞ Prezidenti Donald Tramp Fed-i daha çox faiz endirimədiyinə görə tənqid edir.
Tramp Twitter hesabından, "Avropa Mərkəzi Bankı sürətli hərəkət edərək faizi 10 bənd aşağı saldı. Onlar Avronu çox güclü Dollar qarşısında dəyərdən salaraq ABŞ-ın ixracına zərər verməyi yoxlayırlar və nail olurlar. Ancaq Fed hələ də oturur və oturur və oturur." ,- deyib.
ABŞ Prezidenti Donald Tramp, Fed sədri Cerom Paueli və Fed-i faizlər məsələsindəki mövqeyinə görə "qanmaz" kimi də qiymətləndirib. Tramp Fed-in faizi sıfır səviyyəsinə, ya da daha aşağı salması lazım olduğunu söyləyib.
"İnflyasiya yoxdur! Pauell və Fed-in digər ölkələrin etdiklərini etməmələri sadəcə bir saflıqdır. Həyatda bir dəfə gələn bir fürsəti Qanmazlar üzündən qaçırırıq",- Donald Tramp deyib.
Mərkəzi bankların əsas məqsədləri inflyasiya hədəflərinə nail olmaqdır. Adətən bu hədəf 2% civarında olur. İnflyasiya 2%-i keçən zaman Mərkəzi Bank faizləri artıraraq qiymətlərin yüksəlməsinin qarşısını alır. İnflyasiyanın 2%-ə çatması üçün isə faizlər aşağı salınır. Aşağı faizlər istehsalı və istehlakı artırır, yüksək faizlər isə azaldır.
Adətən faiz dərəcələrindəki artan tendensiya ölkənin pul vahidini bahalaşdırır. Yüksək faiz nisbətləri ölkənin pul vahidinə olan tələbi artırır. Faizlər aşağı düşdükcə ölkənin pul vahidinə tələb azalır və dəyər itirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 saat sonra
-
11 d. əvvəl
“Bakı Ağ Şəhər”də Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
- 15 d. əvvəl
-
-
30 d. əvvəl
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
- 52 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
- 2 saat əvvəl
-
2 saat əvvəl
“PAŞA Holding” şəhid övladlarına bayram sovqatları çatdırıb - FOTOLAR
-
2 saat əvvəl
Birbank-la ictimai nəqliyyatda rəqəmsal ödənişlərin tətbiqi uğurla baş tutdu
-
2 saat əvvəl
Birmarket böyük lotereyanın ikinci avtomobil qalibini müəyyənləşdirdi
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
“Bakı Ağ Şəhər”də Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ən çox oxunanlar
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Pomidor qızıl ilə yarışır - Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Bayram günlərinə gözlənilən hava proqnozu açıqlanıb
Rəsmi məzənnələr açıqlandı


























