Azərbaycanın reklam agentliyi beynəlxalq festivalda 4 mükafat qazandı!
Azərbaycan marketinq sahəsində fəaliyyət göstərən “Endorphin” reklam agentliyi beynəlxalq “Red Jolbors” festivalında 4 mükafat birdən qazanıb.
“Endorphin” reklam agentliyindən "Marja"ya daxil olmuş məlumatda bildirilir ki, “Red Jolbors” Mərkəzi Asiyada keçirilən kommunikasiya festivalıdır. Builki təbdir Qazaxıstanın Almatı şəhərində keçirilib. Festivada sahəsinin peşəkarları və entuziastları həm işlərini təqdim edir, həm də müxtəlif kateqoriyalar üzrə bölgənin ən seçilən işlərini dəyərləndirirlər. “Kampaniyalar”, “Digital”, “PR”, “Brendinq”, “Marketinq proyektləri”, “Konsept” və başqa kateqoriyalarda il ərzində yaddaqalan reklam işlərini mükafatlandırırlar.
“Endorphin” reklam agentliyinin “İtirdiyimiz Qızlar” və “Dünya Sağlığına Günü” kampaniyaları müxtəlif kateqoriyalarda mübarizə aparıb. Selektiv abortlara diqqət çəkən “İtirdiyimiz Qızlar” kampaniyası “PR” kateqoriyasında qızıl, “Digital” və “Kampaniyalar” kateqoriyası üzrə isə bürünc mükafata layiq görülüb. “Dünya Sağlığına Günü” kampaniyası isə “Digital” kateqoriyasında daha bir bürüncü əldə edib.
Ümumilikdə “Endorphin” reklam agentliyi festivalda bir qızıl və üç bürünc qazanıb.
Missing Girls: https://vimeo.com/332699515
Fake Cheers Day: https://vimeo.com/315282461
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
33 d. əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 49 d. əvvəl
-
1 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
1 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
1 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
2 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 2 saat əvvəl
- 2 saat əvvəl