Azərbaycana Pakistanda neft emalı müəssisəsinin yaradılması təklif edildi
Pakistan İslam Respublikasının prezidenti Arif Alvi bu gün Bakıda prezident İlham Əliyevlə görüşdə Pakistanın Qvadar limanında neft emalı müəssisəsinin yaradılmasının mümkünlüyünü nəzərdən keçirməyi təklif edib. Bu barədə Azərbaycan prezidentinin saytında məlumat verilir.
“Biz ticarətin artırılmasına, bir sıra sahələrdə əməkdaşlığın inkişafına diqqət yetirməliyik. Hesab edirəm ki, biz təhsil və səhiyyə sahələrində əməkdaşlıq edə bilərik. Eyni zamanda, Azərbaycan neft sektorunda möhtəşəm, uzunmüddətli təcrübəyə malikdir. Mən Qvadar dəniz limanında neft emalı müəssisəsinin yaradılmasının mümkünlüyünü nəzərdən keçirməyi təklif etmək istərdim”, - deyə A.Avli bildirib.
O, həmçinin nəqliyyat dəhlizləri və digər sahələrdə əməkdaşlıq imkanlarını da nəzərdən keçirməyi təklif edib.
Azərbaycan xaricdə NEZ-in tikintisi sahəsində təcrübəyə malikdir. 2018-ci ilin oktyabr ayında SOCAR Türkiyədə STAR NEZ-i istifadəyə verib. Layihəyə 6,3 milyard dollar investisiya qoyulub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 44 d. əvvəl
- 44 d. əvvəl
- 49 d. əvvəl
-
54 d. əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
58 d. əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan İnvestisiya Şirkətinin 2020-2022 dövrü üzrə xalis mənfəəti açıqlanıb
-
1 saat əvvəl
Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
İlham Əliyevin Berlində Almaniya Kansleri ilə geniş tərkibdə görüşü başlayıb
- 2 saat əvvəl