Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Fed faiz qərarlarına fasilə verir - "Faizlər indiki vəziyyətə uyğundur"

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fed faiz qərarlarına fasilə verir - "Faizlər indiki vəziyyətə uyğundur"

ABŞ Mərkəzi Bankının (Fed) sədri Cerom Pauel (Jerome Powell), bankın Oktyabr ayı iclasının ardından keçirdiyi mətbuat konfransında açıqlamalar verib.

 

Reklam_3_11

"Marja" xəbər verir ki, pul siyasətinin yaxşı bir mövqedə olduğunu qeyd edən Fed sədri, "Mövcud pul siyasəti (həmçinin faizlər) ehtimalla vəziyyətə uyğundur və bir müddət bu səviyyədə qalacaq" deyib. Beləliklə, Fed faiz qərarlarına fasilə verdiyinə işarə edib. 

 

Fed Oktyabr yığıncağında 25 bənd faiz endiriminə gedib və faizlər 1,75% - 2.00% aralığından 1.50% - 1.75% aralığına salınıb. 

 

Bu il Fed 3 dəfə faiz endirib.  Fed İyul iclasında faizləri 25 bənd azaldaraq 2,25% - 2,50% aralığından 2% - 2,25% aralığına, Sentyabr ayındakı iclasında isə 25 bənd azaldılaraq 2% - 2,25% aralığından 1,75% - 2% aralığına endirmişdi.

 

Pauel, "Bu gün faiz endiriminin lehinə güclü bir səsvermə oldu. Doğru qərarı verdiymizə güclü bir şəkildə inanıram" deyib.

 

İnflyasiyanın zəif qalmaqada davam etdiyinə diqqət çəkən Pauel, "İnflyasiyanın 2%-ə yüksəlməsini gözləyirik", - deyib.

 

"İqtisadiyyatın mülayim bir sürətdə artmasını gözləyirik" deyən Pauel, sözlərini "Çətinlik çəkən bir çox adam artıq fürsətlər tutur" deyərək davam etdirib.

 

İstehlakçı sektorunun güclü olduğunu söyləyən Pauel, istehlakçıların güclü bir şəkildə iqtisadi artımın drayveri olduğunu qeyd edib. 

 

Fed sədri siyasətin mövcud durumu dəstəkləmək üçün yaxşı bir mövqedə olduğunu düşündüklərini ifadə edib. 

 

Dünyanın güclü bir deflyasiya təzyiq altında olduğunu ifadə edən Pauel, ABŞ-ın qlobal deflyasiya təzyiqlərindən azad olmadığını vurğulayıb.

 

"İnflyasiya artmasa faiz artırılmayacaq"

 

İstehlakçıların "digər zəifliklərdən təsirlənmir kimi göründüyünü" söyləyən Pauel, "hazırda inflyasiyanın yüksəldiyini görmürük" deyib.

 

Fed sədri, "Durum dəyişməsi vəziyyətində cavab veriləcəkdir" deyib. Pauel,"Gələcəkdə faiz artıramaq üçün uyğun zamanlar olacaq. Bu anda faiz artırmağı düşünmürük. Faiz artırmağımızdan əvvəl inflyasiyanın yüksəlməsi lazımdır".

 

Ticarət müharibəsi və Brexit-ə də toxunan Pauel, "Müqaviləsiz Brexit riski konkret şəkildə azalmış kimi görünür" deyib.

 

Ticarət gərginliyində bir azalmanın "yaxşıya işarə" olacağını söyləyən Pauel, bununla birlikdə ticarət gərginliyinin azalmasının iqtisadiyyatı dəstəkləməsinin zaman tələb etdiyini əlavə edib.

31.10.2019 05:04

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ