Bank BTB əlilliyi olan uşaqlar üçün sosial layihə keçirib
® Bank BTB Korporativ Sosial Məsuliyyət layihəsi çərçivəsində növbəti sosial layihəsini həyata keçirib.
Belə ki, bank 02 noyabr 2019-cu il tarixində “Müstəqil Həyat Tərzi” əlilliyi olan insanlara dəstək İctimai Birliyinin üzvləri olan əlil uşaqlar üçün “Mən dünyanı boyayıram!”adlı sosial layihə təşkil edib.
“Beynəlxalq Rəssamlar Günü”nə həsr olunmuş layihənin məqsədi uşaqları rəsm çəkmək bacarığına yiyələndirmək, incəsənətə maraq göstərməklə öz potensiallarını kəşf etməyə sövq etməkdir. Qeyd edək ki, tədbir bank əməkdaşları ilə yanaşı təcrübəli sosial şəxslər tərəfindən aparıldı. Uşaqlar və onların valideynlərinə ilk öncə bank və bankın Korporativ Sosial Məsuliyyət siyasəti haqqında məlumat verildi. Daha sonra, onlar, Bank BTB-nin 10 illik yubileyi ərəfəsində olduğundan öz xəyal və bacarıqlarını bu mövzuda rəsm çəkməklə nümayiş etdirdilər. Maraqlı proqramla müşahidə olunan tədbirdə balaca qonaqlar vaxtlarını şən və səmərəli şəkildə keçirdilər.
Tədbirin sonunda Bank BTB-nin İdarə Heyəti Sədrinin müavini Rüfət Abbasov tədbir iştirakçılarına sertifikatlar və hədiyyələr təqdim edərək, bildirdi ki: “Korporativ Sosial Məsuliyyət siyasəti Bank BTB üçün prioritet təşkil edən istiqamətlərdən biridir. Bank bu cür layihələri hər zaman dəstəkləyir və bundan sonra da müxtəlif sosial layihələr həyata keçirməyi planlaşdırır. Məqsədimiz cəmiyyətə faydalı olmaqdır.”
Tədbirdən yaddaqan görüntüləri diqqətinizə çatdırırıq.http://bit.ly/btb-sosial-layihe-
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
30 d. əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 46 d. əvvəl
-
1 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
1 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
1 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
2 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 2 saat əvvəl
- 2 saat əvvəl