Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“AtaBank” Bayraq Günündə sığınacaqdakı uşaqlarla görüşdü

iç səhifə xəbər başlığı altı (mobil)_31
“AtaBank” Bayraq Günündə sığınacaqdakı uşaqlarla görüşdü
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) "AtaBank" ASC Korporativ Sosial Məsuliyyət layihələri çərçivəsində 2019-cu il üçün nəzərdə tutulmuş növbəti xeyriyyəçilik aksiyasını Bayraq gününə həsr etdi.

 

Reklam_3_11

Bank tərəfindən Binəqədi rayonu, Hüsü Hacıyev küçəsi 23 ünvanında yerləşən “Təmiz Dünya” İB-nin nəzdində Qadın və Uşaq sığınacağını ziyarət etdi.

 

Bank heyəti sığınacaqda məskunlaşan uşaqları 9 Noyabr Dövlət Bayrağı günü münasibəti ilə təbrik edərək onlara müxtəlif rəssamlıq ləvazimatları və şirin sovqat hədiyyət etdi. Məlumat üçün bildirək ki, “Təmiz Dünya” Qadınlara Yardım İB 1999-cu ildə Mehriban Zeynalova tərəfindən təsis edilib və 2002-ci ildən çətin həyat şəraitinə düşmüş qadın və uşaqlar üçün sığınacaq xidməti fəaliyyətini göstərir. Hazırda təşkilatın rəhbərliyini Mehriban xanımın qızı Elnurə Zeynalova müvəffəqiyyətlə davam etdirir.

 

Ziyarət ilə əlaqədar "AtaBank" ASC-nin Biznesin İnkişafı departamentinin direktoru Oruc İbrahimov bildirdi: "Bu cür tədbirlər məişət zorakılığından əziyyət çəkmiş və ya valideyn himayəsindən məhrum olan uşaqların ehtiyac və arzularına diqqət yetirmək, onları sevindirmək məqsədi ilə keçirilir. Lakin bu gün ən böyük sürpriz bizim onlara bəxş etdiyimiz sevinc yox, onların bizə hazırladığı şeirlər və əl işləri oldu.”

 

Hər zaman sosial məsuliyyətə önəm verən AtaBank-ın belə tədbirlərin təşkilini bundan sonra da davam etdirəcəyi qeyd edildi.

 

Tədbir zamanı bank əməkdaşları uşaqlarla birgə xatirə video və fotoşəkillər çəkdirdilər.

 

1993-cü ildən fəaliyyət göstərən “AtaBank” ASC 100% yerli kapitala malik, qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

08.11.2019 12:15

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ