Xətai rayonuna İcra başçısı təyin edildi
Azərbaycan Prezidenti İlham Əliyev, R.Ç.Quliyevin Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında" Sərəncam imzalayıb.
"Marja" xəbər verir ki, Rafiq Çəpərxan oğlu Quliyev Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Xatırladaq ki, 2018-ci ilin Dekabr ayında Razim İsa oğlu Məmmədov Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilmişdi. Həmin vaxtdan bəri vəzifə boş idi.
Quluyev Rafiq Çəpərxan
Quluyev Rafiq Çəpərxan oğlu 17 yanvar 1974-cü ildə Ermənistan Respublikası, Sisiyan rayonu, Ərəvsə kəndində anadan olub. 1981-ci ildə Ərəvsə kənd orta məktəbində 1-ci sinfə gedib, məlum səbəblərə görə 1988-ci ildə ailəsi ilə birgə Bakı şəhərində məskunlaşıb. 1991-ci ildə Xətai rayonu 204 saylı orta məktəbi bitirib.
1992-1993-cü illərdə Milli Orduda xidmət edib. Ağdərə uğrunda gedən döyüşlərdə güllə yarası alıb. Müharibə veteranıdır. 1993-1999-cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasında mühəndis iqtisadiyyatı ixtisası üzrə təhsil alıb. 2003-2006-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət və Bələdiyyə İdarəetmə” ixtisası üzrə kursu fərqlənmə diplomu ilə bitirib.
1997-ci ildən Xətai rayon İcra Hakimiyyətində Ümumi şöbədə müfəttiş, 2003-cü ildən müfəttiş-inspektor, 2006-cı ildən 2012-ci ilədək həmin şöbənin müdiri vəzifələrində çalışmışdır.
21 may 2012-ci ildən 19 dekabr 2013-cü ilədək Başçının müavini, 2013-cü il dekabrından başçının 1-ci müavini vəzifəsində çalışıb.
2006-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 2 övladı var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 27 d. əvvəl
- 32 d. əvvəl
-
5 saat əvvəl
ABŞ iqtisadiyyatı birinci rübdə proqnozdan aşağı böyüyüb - BAZARLARDA NARAHATLIQ ARTIB
-
5 saat əvvəl
Dünyanın ən böyük mikroçip istehsalçılarından biri olan İntel zərər açıqlayıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
-
5 saat əvvəl
BOKT “Falcon Finance” böyüyüb, xalis mənfəəti 15 dəfəyə yaxın artıb
- 15 saat əvvəl
-
15 saat əvvəl
Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi
- 15 saat əvvəl
-
16 saat əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi