Azərbaycanda ilk dəfə olaraq beynəlxalq “DevOpsDays” konfransı keçiriləcək

(®) 2020-ci ilin sonunadək ölkənin ilk rəqəmsal bankı olmağı hədəfləyən PAŞA Bank məhsul və xidmətlərin rəqəmsallaşdırılması və yeni onlayn kanalların təqdim edilməsi istiqamətində yeniliklər təqdim etməyə davam edir. Bununla yanaşı Bank ölkədə İT və proqramlaşdırma sahəsinin inkişaf etdirilməsində də öz dəstəyini verməkdədir.



Belə ki, 22-23 noyabr 2019-cu il tarixlərində PAŞA Bank “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi ilə əməkdaşlıqda Azərbaycanda ilk dəfə olaraq tərtibatçı və İT sahəsində fəaliyyət göstərən mütəxəssislər üçün beynəlxalq “DevOpsDays” konfransını təşkil edəcək.



Proqram təminatının inkişafına və İT infrastrukturu sahəsində ən aktual məsələlərə, metodikalara və istifadə olunan texnologiyalara həsr olunmuş texniki yönümlü beynəlxalq konfranslar silsiləsinin davamı olan bu tədbir Bakıda bir çox yerli və beynəlxalq ekspertləri bir araya gətirəcək.



Dünyanın müxtəlif ölkələrində artıq 10 ildir ki keçirilən beynəlxalq konfrans DevOps metod və alətlərinin müzakirə edilməsi, həmçinin, məhsuldar görüşlər və yeni ideya və texnoloji həllərin ərsəyə gətirilməsi üçün əlverişli meydança olacaq.



Tədbir haqqında daha ətraflı məlumat: https://devopsdays.az/

 

 

15 Noyabr 2019 , 11:33   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin