Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Bakıda antisanitar şəraitdə limonad istehsal edən müəssisə aşkarlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıda antisanitar şəraitdə limonad istehsal edən müəssisə aşkarlanıb

AQTA limonad məhsullarının istehsalı müəssisəsində yoxlama keçirib

 

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) daxil olan şikayət əsasında AQTA əməkdaşları Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri ŞTQ, Biləcəri şosesində fəaliyyət göstərən fiziki şəxs Qurbanov Şamil Əbdülrəhim oğluna məxsus limonad məhsullarının istehsalı müəssisəsində yoxlama keçiriblər.

 

Yoxlama zamanı müəssisədə sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə, eləcə də istehsal prosesində texnoloji prinsipə əməl olunmadığı müəyyən edilib. Məlum olub ki, burada istehsal məqsədilə istifadə edilən su filtrləri mütəmadi olaraq təmizlənmir və dövri laborator müayinədən keçirilmir. Beləliklə, müəssisədə sanitar-texniki və sanitar gigiyenik vəziyyətin qənaətbəxş olmadığı müəyyən edilib. Eyni zamanda içkilərin istehsalı zamanı istifadə olunan aromatların açıq vəziyyətdə istismar üçün yararsız olan qablarda saxlanıldığı, şüşə butulkaların texnoloji prosesə, sanitar norma və qaydalara uyğun olmayan şəraitdə yuyulduğu aşkarlanıb.

 

Bundan əlavə, sexdə etiketlənməmiş və üzərində istehsal tarixi göstərilməyən limonad məhsulları, qablaşdırmada istifadə olunan plastik butulka və qapaqların steril olunmadığı, təhlükəsizliyini təsdiq edən müşayiətedici sənədlərin olmadığı aşkar edilib.


İstehsal olunmuş alkoqolsuz içkilərdən müayinələrin aparılması üçün nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına təqdim olunub. Faktla bağlı araşdırmalar davam etdirilir.

 

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcəkdir.

 

28.11.2019 10:25

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ