Bərdədə murdar şəraitdə pendir istehsal edən 2 müəssisənin fəaliyyəti məhdudlaşdırıldı
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bərdə rayonu Mirzabəyli kəndində vətəndaş Alıyev Elton İsbi oğluna məxsus pendir istehsalı müəssisəsində reyd keçirib.
Reyd zamanı sexin sanitar-gigiyenik norma və qaydalarına əməl etmədən, antisanitar şəraitdə fəaliyyət göstərdiyi müəyyən edilib. Həmçinin müəssisədə 300 kiloqram mənşəyi məlum olmayan pendir aşkarlanıb.
Qanunvericiliyin tələblərinə uyğun olaraq istehsal müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb. Məhsullardan götürülən nümunələr analiz üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına göndərilib.
Eyni zamanda Agentliyin əməkdaşları Bərdə rayonu Kələntərli qəsəbəsində vətəndaş Qoçayev Mahir Saday oğluna məxsus pendir istehsalı müəssisəsində də reyd keçiriblər. Yoxlama zamanı sexdə qida təhlükəsiliyi sahəsində mövcud texniki normativ tələblərinin pozulması faktı aşkar edilib.
Qanunsuz fəaliyyət göstərən istehsal müəssisəsində sanitar-gigiyenik norma və qaydalara əməl edilmədiyi, antisanitar şəraitdə fəaliyyət göstərdiyi məlum olub. Müəssisədən istehsal və insan istehlakı üçün yararsız olan, eyni zamanda çarpaz çirklənməyə məruz qalan 3 ton 767 litr süd qanunvericiliyin tələblərinə uyğun olaraq utilizasiya edilib.
Antisanitar şəraitdə fəaliyyət göstərən sexin fəaliyyəti məhdudlaşdırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 8 saat əvvəl
-
10 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 11 saat əvvəl
-
11 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
11 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
11 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
12 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 12 saat əvvəl