Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"İdxala tətbiq edilən rüsumların vaxtının uzadılması yerli sahibkarlarların xeyrinədir"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"İdxala tətbiq edilən rüsumların vaxtının uzadılması yerli sahibkarlarların xeyrinədir"

“Nazirlər Kabinetinin 463 nömrəli Qərarının birinci hissəsi istehsalçıların, ikinci hissəsi isə istehlakçıların maraqlarının qorunmasına xidmət edir”.

 

Bu, Nazirlər Kabinetinin açıqlamasında deyilir.

 

“Belə ki, Qərarın birinci hissəsinə əsasən quş əti, qida və damazlıq yumurta, meyvə tərəvəz (pomidor, soğan, fındıq, alma, təzə üzüm, xurma), meyvətərəvəz şirələri, sement və sement klinkeri, gips, kərpic, alçipan, kafel və metlaxın idxalına tətbiq edilən spesifik rüsumların vaxtı 2021-ci ilin sonunadək uzadılır. Bu da sadalanan məhsulları istehsal edən yerli sahibkarlar üçün əlverişli daxili bazar şərtləri formalaşdırır. Qərarın ikinci hissəsi isə istehlakçı maraqlarını qoruyur və daxili bazarda kərə yağının qiymətinin sabit qalmasını təmin edir. Bu məqsədlə ölkəyə idxal olunan kərə yağının pərakəndə satış qiymətinin artmasının qarşısını almaq üçün 2017-ci ildə tətbiq edilmiş aşağı rüsum həddinin vaxtı 2021-ci ilin sonunadək uzadılır”,- açıqlamada bildirilir.

 

Qərar ilə ətraflı buradan tanış ola bilərsiniz. 

 

05.12.2019 08:04

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ