Ən varlı 6 ingilisin sərvəti 13 milyon kasıbın sərvətinə bərabərdir
Böyük Britaniyanın ən zəngin 6 iş adamının cəmi sərvətinin, əhalinin ən kasıb 13,2 milyonluq hissəsinin cəmi sərvətinə bərabər olduğu hesablanlıb.
"Marja" xəbər verir ki, Mərkəzi ofisi Londonda yerləşən vətəndaş cəmiyyəti təşkilatı "Equality Trust"ın araşdırmasında, Böyük Britaniyada ən zəngin 6 milyarderin cəmi sərvətinin 39,5 milyard sterlinq səviyyəsində olduğu, bunun da əhalinin ən az gəlirli 13,2 milyonluq seqmentinin cəmi sərvətinə bərabər olduğu qeyd edilib.
"Hinduja" Qrupunun sahibi iki qardaş; Gopichand və Srichand Hindujai 12,8 milyard sterlinq məbləğində cəmi sərvətləri ilə İngiltərənin ən varlı adamlarıdır.
Kimyəvi maddələr istehsal edən "İneos" adlı şirkətin sahibi Sir Jim Ratcliffe 9,2 milyard sterlinq, fond idarəçisi Michael Platt isə 6,1 milyard sterlinqlik sərvətə sahibdir.
Əmlak şirkəti "Reuben Brothers"in sahibləri iki qardaş David və Simon Reubenin də cəmi 11,4 milyard sterlinq dəyərində sərvətləri var.
Təşkilatın araşdırmasında, İngiltərədə 14 milyon insanın yoxsulluq sərhədinin altında yaşadığı, bunların 4 milyonunun isə aclıqla mübarizə etdiyi bildirilib.
"Equality Trust"ın rəhbəri Wandan Wyporska, "Bu hesabat ölkənin vəziyyətinə əhəmiyyət verən hər bir insanı şok edəcək xüsusiyyətdədir. Ölkənin ən zənginləri ilə geri qalanı arasında bu qədər böyük bir fərqin olması təhlükəlidir. Bir neçə adamın əlində bu qədər böyük bir sərvətin olması iqtisadi sistemin nə qədər problemli olduğunu göstərir", - ifadələrini istifadə edib.
Wyporska, "Muzdla işləyən ailələr uşaqlarına daha yaxşı bir gələcəyi təqdim edə bilmirlər. Zənginlər daha uzun yaşayır, uşaqlarına daha yaxşı bir təhsil təqdim edə bilirlər. Bu acı bir reallıqdır", -əlavə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
24 d. əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 40 d. əvvəl
-
55 d. əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
58 d. əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
1 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
2 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 2 saat əvvəl
- 2 saat əvvəl