Gömrük illik plana 11 ayda əməl etdi
Bu ilin yanvar-noyabr aylarında (11 ayda) Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 4 milyard 6 milyon 641 min manat təşkil edib. Komitənin statistikasına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,2% çoxdur.
Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 20,7% artaraq 998 milyon 823 min manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 23% artaraq 2 milyard 735 milyon 89 min manat, aksizlər üzrə daxilolmalar 39,6% artaraq 230 milyon 854 min manat, yol vergisi üzrə daxilolmalar isə 14,7% artaraq 41 milyon 875 min manat olub.
Xəbər verdiyimiz kimi, 2020-ci il dövlət büdcəsində Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların proqnozu 4 milyard manat nəzərdə tutulur, bu da 2019-cu ilin proqnzundan 298 milyon manat çoxdur.
2019-cu il üçün Dövlət Gömrük Komitəsinə büdcə tapşırığı 3 milyard 702 milyon manatdır. Komitə artıq 11 ay ərzində tapşırığı artıqlaması ilə icra edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
2 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 2 saat əvvəl
-
3 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
3 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
3 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
4 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 4 saat əvvəl
- 4 saat əvvəl