Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

PAŞA Sığorta şirkəti vətəndaşları dələduzlara aldanmamağa çağırır

iç səhifə xəbər başlığı altı (mobil)_31
PAŞA Sığorta şirkəti vətəndaşları dələduzlara aldanmamağa çağırır

(®) PAŞA Sığorta şirkətinə daxil olan çoxsaylı şikayətlər əsasında şirkətlə əlaqəsi olmayan bir qrup şəxs tərəfindən dələduzluq halları qeydə alınıb.

 

Reklam_3_11

Araşdırmalara əsasən müəyyən edilib ki, dələduzlar PAŞA Sığorta adından zənglər edərək vətəndaşları işə dəvət edir və işə qəbul qarşılığında ödəniş terminalları vasitəsilə müəyyən məbləğdə pul köçürmələri tələb edirlər. Sözügedən dələduzluğun bir neçə qurbanı qeydə alınıb, belə ki, iş təklif olunan bəzi insanlar tələb edilən miqdarda ödəniş həyata keçiriblər.

 

PAŞA Sığorta şirkəti vətəndaşları bu kimi təkliflərə aldanmamağa çağırır. Bu cür hallar şirkətin işə qəbul siyasətinə ziddir və bu şəxslərin PAŞA Sığorta ASC ilə heç bir əlaqəsi yoxdur.  Əhaliyə tövsiyə olunur ki, belə hallarla üzləşdikdə hüquq-mühafizə orqanlarına müraciət etsinlər.

 

Şirkətdə mövcud vakansiyalar haqqında ən son məlumatı yalnız https://www.pasha-insurance.az/career/ ünvanından əldə edə bilərsiniz və müvafiq vakansiyalar üzrə müraciət etmək istəyən şəxslər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.


PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan PAŞA Sığorta 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

12.12.2019 08:20

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ