Nadir sayılır, Göyçayda əkilib, sayı artırılacaq
1936-cı ildə Çindən Azərbaycana gətirilən konfet ağacının toxumları Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Göyçay dayaq məntəqəsində əkilib. Yüksək şaxtaya davamlı olmayan konfet ağacı bitiş tutduqdan beş il sonra ilk, on beş ildən sonra isə tam məhsul verməyə başlayıb.
Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Göyçay dayaq məntəqəsinin aparıcı elmi işçisi Firdovsi Əliyev bildirib ki, vətəni Cənub-Şərqi Asiya olan konfet ağacı daha çox Yaponiya, Çin, Hindistan və Almaniyada yetişir.
20-30 metr hündürlüyü olan ağacın konfet dadı verən qəhvəyi rəngli meyvələri qış ayında yetişsə də, yığım üçün havanın bir qədər şaxtalı olmasını gözləmək lazımdır. Digər meyvələrlə müqayisədə bu ağacın meyvələri dərilmir, şaxtalı havada ağacda olan meyvələr ətrafa töküldükdən sonra, məhsullar bir-bir yerdən toplanır.
Məhsul qeyri-adi dadına, rənginə və formasına görə heç bir meyvəyə oxşamır. Tərkibində şəfaverici maddələrin çox olduğu konfet meyvəsindən bir sıra xəstəliklərin müalicəsində də istifadə edilir. Çiçəyi nektarla zəngin olan, qəribə görkəminə görə seçilən meyvə maral buynuzuna bənzəyir. Tərkibində 30-35 faiz şəkər olduğuna görə dünyada ən şirin meyvə kimi tanınır. Meyvəni çay və qəhvə ilə birgə içmək, eyni zamanda, qurudaraq müxtəlif tort və şirniyyatların üzərində bəzək kimi istifadə etmək olar.
Ölkəmiz üçün nadir sayılan bu konfet ağaclarının mühafizə olunaraq sayının artırılması üçün lazımi işlər görülür.
© "Azərtac"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 11 saat əvvəl
-
13 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 13 saat əvvəl
-
14 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
14 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
14 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
15 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 15 saat əvvəl