Türk Lirəsi ucuzlaşmaqda davam edir
Dünən 5.92 səviyyəsinin üzərində bağlanmış dollar/TL məzənnəsi bu gün də qalxmaqda davam edib və 5.9395-ə qədər yüksəlib (Bakı vaxtı ilə saat 12:30-a olan məlumat).
"Marja" xəbər verir ki, bu gün Türk Lirəsi ABŞ dolları qarşısında 0,2% də dəyərdən düşüb.
ABŞ Senatının qondarma Erməni soyqırımı qanununu təsdiqləməsinin ardından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İncirlik və Kürecik hərbi bazalarını bağlaya biləcəyini söyləyib. Ərdoğanın açıqlaması Türk lirəsi və Türkiyə aktivləri üzərində təzyiqə səbəb olub.
ABŞ-ın Türkiyəyə sanksiyanı da ehtiva edən 2020-ci il hərbi müdafiə büdcəsi dünən Senatdan keçib. Qanunda Ankaranın Rusiyadan S-400 hava müdafiə sistemlərini aldığına görə Türkiyəyə F-35 təyyarələrinin təslim edilməməsi nəzərdə tutulur. İki ölkə arasındakı gərginlik məzənnənin yüksəlməsinə səbəb olur.
Dollar/TL məzənnəsinin 5.92-inin üzərinə yüksələrsə 6.10 lirəyə qədər qalxa biləcəyi proqnozlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 40 d. əvvəl
-
51 d. əvvəl
İlham Əliyevin Berlində Almaniya Kansleri ilə geniş tərkibdə görüşü başlayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
"Yeni iqtisadi uğurlara nail olacağımıza inanırıq" - Məmməd Musayevin çıxışı
- 3 saat əvvəl
-
3 saat əvvəl
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
- 4 saat əvvəl