SOCAR Avropa ölkəsində yeni yanacaqdoldurma komplekslərini açacaq
SOCAR şirkəti 2020-ci ildə Ukraynanın Kiyev, Xarkov və Dnepr şəhərlərində yeni yanacaqdoldurma komplekslərini açacaq.
Bu barədə SOCAR-ın Ukraynadakı törəmə şirkəti olan “SOCAR Energy Ukraine”dən məlumat verilib.
Artıq Kiyev və Xarkov şəhərlərində yeni yanacaqdoldurma kompleksləri üçün tikinti işlərinə başlanılıb. Yanvarın sonlarından isə Dneprdə tikinti işlərinə start veriləcək.
Yeni komplekslərin üstün cəhəti onların xüsusi dizaynla müasir sənaye üslubunda tikilməsidir. Burada hər şey SOCAR-ın ənənəsinə uyğun olaraq beton, şüşə və metal konstruksiyaların vəhdətindən ibarətdir.
Hazırda SOCAR-ın Ukrayna şəbəkəsində 60 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir ki, bunun 13-ü də Kiyev vilayəti ərazisinə düşür.
Qeyd edək ki, “SOCAR Energy Ukraine” Azərbaycan Dövlət Neft Şirkətinin törəmə şirkətidir. SOCAR-ın Ukraynadakı nümayəndəliyi 2008-ci ildə açılıb. Hazırda premium-klass yanacaqdoldurma məntəqələri şəbəkəsinə 60 kompleks, 2 yağ bunkerçisi daxildir. Onlar Ukraynanın 11 vilayətində fəaliyyət göstərir.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 saat əvvəl
-
5 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 6 saat əvvəl
-
6 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
6 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
6 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
7 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 7 saat əvvəl