Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Gömrük Komitəsi şirkəti cərimələyib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gömrük Komitəsi şirkəti cərimələyib

Dövlət Gömrük Komitəsi “Boras” MMC barədə inzibati protokol tərtib edib.

 

Reklam_3_11

Binəqədi Rayon Məhkəməsi bu protokola əsasən, şirkətin 1500 manat cərimə edilməsi barədə qərar çıxarıb.

 

Məhkəmə “Boras” MMC-ni İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsi ilə təqsirli bilib.

 

Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 oktyabr 2019-cu il qərarından “Boras” MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.

 

Qeyd edək ki, “Boras” MMC polad armaturlar, borular və digər məhsulların topdan və pərakəndə satışını həyata keçirir. 

08.01.2020 07:47

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ